Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

33 min 615 baş heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
33 min 615 baş heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə “Süd və ət istehsalı üzrə mövcud problemlər və qida təhlükəsizliyi sahəsinə təsirlərin qiymətləndirilməsi” mövzusunda ictimai müzakirə keçirilib.

“Bakı KOB evi”ndə təşkil olunmuş tədbirdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Gömrük Komitəsi və s. dövlət qurumlarının və biznes assosiasiyalarının nümayəndələri, müvafiq sahədə fəaliyyət göstərən 80-ə yaxın sahibkar iştirak edib.

Reklam_3_11

KOBİA yanında İctimai Şuranın sədri Emin Dostiyari tədbirin məqsədinin süd və ət istehsalı sahəsində mövcud vəziyyətin müzakirəsi, bu sahədə fəaliyyət göstərən sahibkarların fikir və təkliflərinin dinlənilməsi, eləcə də qida təhlükəsizliyi ilə bağlı məsələlər üzrə qarşılıqlı fikir mübadiləsinin aparılması olduğunu bildirib.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışında qeyd edib ki, dövlət tərəfindən heyvandarlıq sektorunun inkişafının stimullaşdırılması məqsədilə sistemli dəstək mexanizmləri tətbiq olunur. 2021–2025-ci illər ərzində 25 615 baş iribuynuzlu və 8 mindən artıq xırdabuynuzlu damazlıq heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib, eyni zamanda 10 mindən artıq təsərrüfat subyektinə 128 milyon manatdan çox aşağı faizli güzəştli kreditlər təqdim olunub. Xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə tədbirləri isə tam şəkildə dövlət büdcəsi hesabına həyata keçirilir. Nazir vurğulayıb ki, işğaldan azad olunmuş ərazilər heyvandarlığın inkişafı baxımından mühüm potensiala malikdir və bu ərazilərdə sektorun təşkili və inkişafı üzrə məqsədyönlü siyasət tədbirləri ardıcıl şəkildə icra olunmaqdadır.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov süd və ət istehsalının qida təhlükəsizliyi baxımından strateji əhəmiyyətini vurğulayaraq, bu sahədə mövcud çağırışlara və məsələlərə sistemli yanaşmanın önəmini qeyd edib. O, yem bazası, baytarlıq nəzarəti, istehsal və tədarük zəncirinin təşkili, standartlara uyğunluq və maarifləndirmə kimi amillərin bir-biri ilə sıx əlaqədə olduğunu vurğulayıb. Bildirilib ki, süd və ət sektorunda fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinin dayanıqlılığının təmin olunması regionların sosial-iqtisadi inkişafı və məşğulluğun artırılması baxımından vacibdir. 

Tədbir çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən heyvandarlıq sektorunun inkişafı üzrə dövlət siyasətinə və hədəflərə dair təqdimat keçirilib, sahibkarların təklifləri dinlənilib və sualları cavablandırılıb.

KOBİA İctimai Şura kənd təsərrüfatı süd istehsalı ət istehsalı qida təhlükəsizliyi sahibkar dəstəyi dövlət təşviq mexanizmləri heyvandarlıq sektoru iribuynuzlu heyvanlar xırdabuynuzlu heyvanlar güzəştli kreditlər peyvəndləmə tədbirləri işğaldan azad olunmuş ərazilər tədarük zənciri baytarlıq nəzarəti yem bazası mikro və kiçik sahibkarlar sosial-iqtisadi inkişaf məşğulluğun artırılması regionların inkişafı sahibkar təklifləri strateji əhəmiyyət Kənd Təsərrüfatı Nazirliyi dövlət siyasəti təqdimat və maarifləndirmə.
17.12.2025 17:36

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18