970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azercell növbəti dəfə keyfiyyətin idarə olunması üzrə beynəlxalq sertifikatını yenilədi

Mobil operator ISO 10004:2018 standartına uyğunluğunu yenidən təsdiqlədi
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azercell növbəti dəfə keyfiyyətin idarə olunması üzrə beynəlxalq sertifikatını yenilədi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azercell Telekom" MMC müştəri xidmətləri sahəsində beynəlxalq standartlar üzrə aparılan sertifikasiya auditindən uğurla keçərək ISO 10004:2018 sertifikatını yeniləyib. Bu sertifikat müştəri məmnuniyyətinin ölçülməsi və keyfiyyətin idarə olunması üzrə beynəlxalq tələblərə uyğun fəaliyyət göstərən şirkətlərə təqdim edilir.

Dəyərləndirmə zamanı Azercell-in müştəri məmnuniyyətini daim diqqət mərkəzində saxladığı, müştəriyönümlü yanaşması və xidmət keyfiyyətinə sadiqliyi bir daha təsdiqlənib. Sertifikatlaşdırma prosesi “TÜV Austria Azərbaycan” MMC tərəfindən həyata keçirilib.

ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) dünya üzrə milli standart qurumlarını birləşdirən federasiyadır. Təşkilat idarəçilik, texnologiya, biznes sahələrində xidmət və təcrübələrin keyfiyyətini dəyərləndirən minlərlə standartı  təsdiq edir.

Qeyd edək ki, Azercell ISO 10004:2018 standartı üzrə ilk sertifikatını 2021-ci ildə qazanıb. Şirkət ardıcıl olaraq dördüncü dəfə ISO 10004 sertifikatına layiq görülür.

 

AzercellTelekom ISO10004:2018 sertifikat yeniləmə müştəriməmnuniyyəti xidmətkeyfiyyəti beynəlxalqstandart ISOstandart TÜVAustriaAzərbaycan sertifikasiya audit 2025 müştərəyönümlüyanaşma şirkətidarəçiliyi texnologiya bişnesstandartları qalıcısertifikat ISO10004 standarttəsdiqi
15.12.2025 13:48
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18