Aylıq gəliri 3000 manatadək olanlar 60 manat, 20 min manatdan çox olanlar 400 manat haqq ödəyəcəklər
Gələn il yanvarın 1-dən fərdi sahibkarların ödəməli olduqları məcburi dövlət sosial sığorta haqqı yeni qaydada hesablanacaq.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının (400 manat) 15 faizindən (60 manat) az 100 faizindən (400 manat) çox olmamaq şərtilə, gəlirlərinin (xərclər çıxılmadan) 2 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənəcək.
Xatırladaq ki, hazırda qüvvədə olan “Sosial sığorta haqqında” qanuna görə, sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilirdi. Eyni zamanda bu regionlar üzrə müvafiq faiz tətbiq edilməklə tətbiq edilirdi. Başqa sözlə, bu göstərici Bakı şəhərində minimum aylıq əməkhaqqının 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında idi.
Dəyişikliyə əsasən, minimum aylıq əməkhaqqı 400 manat qəbul edildikdə sahibkarın aylıq gəliri 5 000 manatdırsa, sosial sığorta haqqı gəlirin 2 faizi – 100 manat təşkil edəcək.
Əgər gəlir 2 000 manatdırsa, 2% = 40 manat hesablanır, lakin bu məbləğ minimum hədd olan 60 manatdan az olduğuna görə sahibkar 60 manat ödəyəcək.
Əgər gəlir 25 000 manatdırsa, 2% = 500 manat olur, amma bu məbləğ maksimum hədd olan 400 manatı keçdiyinə görə sahibkar 400 manat ödəyəcək.
Qısası aylıq gəliri 3000 manatadək olanlar aylıq 60 manat, 20 min manat və daha yüskək məbləğlərdə olanlar 400 manat dövlət sosial sığorta haqqı ödəyəcəklər.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 2 saat əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
16 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 16 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
18 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
19 saat əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 20 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?






















