Taleh Kazımov Çində süni intellekt əsaslı həllərin nəzarət prosesində tətbiqini müzakirə edib
Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasına işgüzar səfər çərçivəsində Çin Milli Maliyyə Tənzimləməsi Administrasiyasının rəhbəri, nazir Li Yunze ilə görüş keçirib.
Görüş zamanı hər iki ölkənin iqtisadiyyatında baş verən yeniliklər və son dövrlərdə həyata keçirilən islahatlar barədə ətraflı fikir mübadiləsi aparılıb.
Bank və sığorta sektorlarında inkişaf meyilləri, risk-əsaslı nəzarət konsepsiyası, nəzarət texnologiyalarının təkmilləşdirilməsi, o cümlədən süni intellekt əsaslı həllərin nəzarət prosesində tətbiqi geniş müzakirə edilib. Bundan əlavə, sığorta sektorunda yeni yanaşmalar və innovativ həllərin tətbiqi ilə bağlı təcrübələr bölüşülüb.
Görüşdə həmçinin Azərbaycan və Çin maliyyə nəzarəti qurumları arasında əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib. Bank və sığorta sektorları arasında qarşılıqlı əlaqələrin dərinləşdirilməsi perspektivləri müzakirə edilərək hər iki tərəfin bu əməkdaşlığın inkişafında maraqlı olduğu vurğulanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 3 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















