Unibank mikro sahibkarlar üçün keçirdiyi “Payız endirimi” kampaniyasını uzadıb
(®) Unibank ölkədə sahibkarlığın inkişafı istiqamətində dəstək tədbirlərini davam etdirərək, mikro biznes üçün tətbiq etdiyi “Payız endirimi” kampaniyasının müddətini uzadıb.
Mikro sahibkarlar noyabrın 30-dək 50 000 AZN-dək mikro kreditlər üzrə dörd fərqli güzəşt paketindən birini seçə bilərlər.
Kampaniya çərçivəsində sahibkarlara təqdim edilən endirim paketləri aşağıdakılardır:
• Paket 1: Cari illik faiz dərəcəsinə 4%-dək endirim
• Paket 2: Fəaliyyət sahəsindən asılı olaraq 12 ayadək güzəşt müddəti
• Paket 3: 0% komissiya
• Paket 4: Zaminsiz kredit imkanı
Sahibkarlar bu paketlərdən birini seçməklə, bizneslərini daha sərfəli maliyyələşdirmə şərtləri ilə inkişaf etdirmək imkanı əldə edirlər. Kreditlər mikro sahibkarların ehtiyaclarına uyğunlaşdırılaraq, onların fəaliyyətini mövsümə uyğun şəkildə dəstəkləməyi hədəfləyir.
Unibank hər zaman olduğu kimi, sahibkarların maliyyə resurslarına daha rahat və əlçatan çıxışını təmin etməkdə davam edir. Öz biznes planlarını gerçəkləşdirmək istəyən mikro sahibkarlar bankın filiallarına müraciət edə bilərlər: “Sumqayıt”, “Xırdalan”, “Əcəmi”, “İnşaatçılar”, “Əhmədli”, “Bakıxanov”, “Mərdəkan”, “Nərimanov”, “Neftçilər”, “Sədərək”, “Quba”, “Xaçmaz”, “Şəki”, “İsmayıllı”, “Bərdə”, “Şəmkir”, “Gəncə”, “Kəpəz”, “Tovuz”, “Mingəçevir”, “Salyan”, “Beyləqan” və “Lənkəran”.
Bankın məhsul və xidmətləri haqda ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud rəsmi sosial media hesablarından (www.facebook.com/unibank.az, https://www.instagram.com/unibank.az/) əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
7 saat əvvəl
“Beauty Time” salonlar şəbəkəsinin rəhbərinin axtarışa verildiyi bildirilir
-
-
7 saat əvvəl
"BioNTech" şirkətinin "ürəyi" və "beyni" şirkəti tərk edirlər - SƏHMLƏRİ 22% UCUZLAŞDI
-
8 saat əvvəl
Bakı Fond Birjasının statistik məlumatlarını yeni formatda təqdim edir
-
8 saat əvvəl
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Qeyri-sabit hava şəraiti səbəbindən Aqrar Sığorta Fonduna müraciətlər artıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
MyShops-dan Ramazana özəl 60%-dək endirim və faizsiz hissəli ödəniş kampaniyası
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
"İranla danışa bilərik. İranlılar danışmaq istəyirlər"
Ən çox oxunanlar
“Qoşadaş” sahəsində dəniz dibinin tədqiqatı üzrə işlərə başlanılır
"Avto Azərbaycan"ın 30 illik yubileyi yaşıl təşəbbüslə qeyd olundu: 300 AĞAC ƏKİLDİ
Azərbaycanda Tam KASKO sığortasının 20% endirimlə satışına başlanıb
InvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nazir quşçuluq müəssisələrində olub, müzakirələr aparılıb
"Azərişıq" barəsində iş açılıb




















