Dövlət Agentliyində Coca-Cola ilə görüş - NƏLƏR MÜZAKİRƏ EDİLİB?
Agentlikdə “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin nümayəndələri ilə görüş keçirilib. Görüşdə alkoqolsuz içkilər bazarının cari vəziyyəti müzakirə olunub, bu sahədəki mövcud tendensiyalar, istehlakçı davranışları və bazarın gələcək artım potensialı barədə fikir mübadiləsi aparılıb.Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov və “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin baş direktoru Rəna Məmmədova arasında ikitərəfli görüş keçirilib.
Agentliyin yaydığı məlumatda bildirilir ki, görüş zamanı ölkədə sağlam və ədalətli rəqabət mühitinin formalaşdırılması, istehlakçı hüquqlarının etibarlı müdafiəsi, həmçinin bazar iştirakçılarının məsuliyyətli və şəffaf fəaliyyətinin təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Tərəflər arasında alkoqolsuz içkilər bazarının cari vəziyyəti müzakirə olunub, bu sahədəki mövcud tendensiyalar, istehlakçı davranışları və bazarın gələcək artım potensialı barədə fikir mübadiləsi aparılıb. Həmçinin “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin İsmayıllı rayonunda yeni zavodunun fəaliyyətə başlaması və onun çeşid perspektivindən istehlak bazarına verdiyi töhfələr barədə ətraflı məlumat verilib.
Sonda dövlət-özəl dialoqu çərçivəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi və müvafiq bazarla bağlı məlumat mübadiləsinin davam etdirilməsi barədə razılıq əldə olunub.
Müştərilərin xəbərləri
Bayram öncəsi sərfəli fürsət: “Abşeron un” və “Cənub un” məhsullarına xüsusi endirim kampaniyası başladı !
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 11 d. əvvəl
-
-
13 d. əvvəl
“Naxçıvan Taxıl Məhsulları”nın rəhbəri cinayət məsuliyyətinə cəlb olunub
-
28 d. əvvəl
Daha 8 şirkət “Startap” şəhadətnaməsi aldı - 3 İL MƏNFƏƏT VERGİSİ ÖDƏMƏYƏCƏKLƏR
-
1 saat əvvəl
Gecikdirilmiş 108 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il 30 milyon manatdan çox qazanmış bank səhmdarlarına dividend ödəyəcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir
-
2 saat əvvəl
Yaxın Şərqdəki vəziyyət fonunda ABŞ neftin qiyməti üzrə proqnozunu kəskin artırıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Bank Nəzarəti Strategiyası” təsdiq edilib - AÇIQLAMA
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı


























