Mercedes-Benz-in satışı azalıb, xalis mənfəəti 2 dəfə düşüb
Almaniyanın avtomobil konserni 2025-ci ilin üçüncü rübü və cari ilin doqquz ayı üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az Şirkətin məlumatına istinadən xəbər verir ki, yanvar-sentyabr ayları ərzində Mercedes-Benz-in xalis mənfəəti keçən ilin eyni dövrü ilə müqayisədə iki dəfə azalıb.
Göstəricinin azalması 50,3% təşkil edib — 7,8 milyard avrodan 3,87 milyard avroya düşüb. Mənfəətin azalmasının səbəbləri kimi konsern - gömrük rüsumları, satışların azalması və səmərəliliyin artırılması tədbirlərinə çəkilən xərcləri göstərib.
Üçüncü rübün (iyul-sentyabr) nəticələrinə gəldikdə isə, bu dövr ərzində Şirkətin xalis mənfəəti keçən ilin eyni dövrü ilə müqayisədə 30,8% azalıb — 1,72 milyard avrodan 1,19 milyard avroya düşüb. Avtomobil konserninin rəhbəri Ola Kallenius qeyd edib ki, bu nəticə proqnoza uyğundur.
2025-ci ilin üçüncü rübündə şirkətin gəliri 6,9% azalararaq 32 milyard 147 milyon avroya düşüb, avtomobil istehsalçısının faiz və vergilər çıxılmadan əvvəlki gəliri (EBITA) isə keçən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 537 milyon avrodan 2 milyard 99 milyon avroya enib.
Üçüncü rübdə Mercedes-Benz ümumilikdə 525,3 min sərnişin avtomobili və furqon satıb ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 12% azdır. Doqquz ayın yekunlarına görə, Mercedes-in satışları ümumilikdə 9% azalıb və təxminən 1,6 milyon ədəd təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
3 d. əvvəl
Azərbaycan bankı İsveçrə şirkətindən 10 milyon dollar kredit cəlb edib
-
11 d. əvvəl
“2026-2028-ci illər üzrə milli standartlaşdırma proqramı” təsdiq edilib
-
-
16 d. əvvəl
Valyuta mübadiləsi şirkəti “Eliko”nun vəzifəli şəxsi 10 min manat cərimlənib
-
21 d. əvvəl
“AzInTelecom” Azərbaycanda ilk Superkompüter Mərkəzi qurub - VİDEO
-
40 d. əvvəl
Regionun ən iri Batareya Saxlanc Sistemlərinin gətirilərək qurulmasına başlanıldı
-
57 d. əvvəl
Qızılda 2026 ssenariləri: İri banklar ciddi bahalaşma gözləyirlər - QİYMƏT PROQNOZLARI
-
1 saat əvvəl
Qazaxıstan BTC üzrə neft tədarükünü 2,2 milyon tona çatdırmağı planlaşdırır
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 20 saat əvvəl
Qızılın bahalaşması yenidən sürətlənib
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
50 hərrac, 127,1 milyon manatlıq ödəniş
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ


























.jpg)




