Kredit götürərkən bunlara diqqət edin
(®) Expressbank məsuliyyətli borcvermə siyasətinə əsasən, müştərilərini məlumatlandırmaqla yanaşı, ictimaiyyətin maliyyə savadlılığının artırılması istiqamətində müxtəlif kanallar vasitəsilə əhalinin maarifləndirilməsinə xidmət edir.
Belə ki, Bank son illərdə artan dələduzluq hallarından müdafiə və sağlam borcalma vərdişlərinin formalaşdırılmasına diqqət çəkmək üçün əhalini məsuliyyətli borclanma vərdişləri mənimsəməyə çağırır.
Məsuliyyətli borclanma üçün Bank borcalan şəxslərə aşağıda təqdim olunan bəndlər üzrə analiz aparmağı təklif edir:
Real ehtiyacların müəyyənləşdirilməsi
Kredit yalnız zəruri hallarda və məqsədli şəkildə götürülməlidir. Bəzən insanlar emosional qərar verərək plansız borclanırlar. Bu isə uzunmüddətli ödəniş çətinliklərinə səbəb ola bilər.
Büdcənin düzgün planlaşdırılması
Borclanmazdan əvvəl aylıq gəlir və xərclər təhlil edilməlidir. Mərkəzi bankın bu istiqamətdə tərtib etdiyi qaydalara əsasən aylıq gəlirin 45%-dək hissəsi kredit ödənişlərinə yönləndirilə bilər. Mütəxəssislər isə tövsiyə edir ki, aylıq gəlirin 30-35%-dən çox hissəsi kredit ödənişlərinə yönəlməsin. Bu, həm maliyyə təhlükəsizliyini qoruyur, həm də qənaət imkanı yaradır.
Kredit şərtləri ilə tanışlıq
Kredit müqaviləsində göstərilən faiz dərəcələri, cərimə şərtləri və müddətlər tam başa düşülməlidir. Hər hansı qeyri-müəyyənlik olduqda, bank əməkdaşından yerindəcə izahat istəmək vacibdir. Unutmayın ki, müqavilə imzaladığınız anda siz hüquqi öhdəlik daşıyırsınız.
Kredit tarixçəsinin qorunması
Ödənişləri vaxtında həyata keçirmək gələcəkdə digər maliyyə xidmətlərindən yararlanmaq imkanlarını artırır. Gecikmiş ödənişlər isə kredit tarixçəsini mənfi təsir altına sala və yeni kredit əldə etməyi çətinləşdirə bilər.
Maliyyə savadlılığının artırılması
Maliyyə qərarlarında uğurlu olmaq üçün bilik ən güclü vasitədir. “Expressbank” mütəmadi olaraq vətəndaşlara şəxsi maliyyə idarəçiliyi, büdcə planlaşdırması və məsuliyyətli borclanma mövzularında maarifləndirici materiallar təqdim edir.
Expressbank bildirir ki, əhalinin maliyyə savadlılığının artırılması Bankın sosial məsuliyyət strategiyasının prioritet istiqamətlərindən biridir. Bu baxımdan həm müştərilərinin fərdi rifahı, həm də dayanıqlı maliyyə sisteminin qorunması üçün Bank bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirir.
Qeyd edək ki, Expressbank Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.
“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 d. əvvəl
- 10 d. əvvəl
-
-
22 d. əvvəl
Artıq ƏDV qəbzini skan etməyə gərək yoxdur - Birbanklılar üçün daha bir üstünlük
-
30 d. əvvəl
Qlobal bank FED-in faiz endirimlərini təxirə salacağını gözləyir
-
53 d. əvvəl
Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Fitch 2026-cı il üzrə qlobal iqtisadi artım proqnozunu yüksəldib
-
1 saat əvvəl
"Hücumların ilk 6 günündə ABŞ-ın xərci 11,3 milyard dolları keçib"
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
ABŞ Strateji Neft Ehtiyatından 172 milyon barel neft bazara buraxacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Təsərrüfatını böyütmək istəyənlər üçün fürsət!
Bu gün Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
Fitch 2026-cı il üzrə qlobal iqtisadi artım proqnozunu yüksəldib
"Hücumların ilk 6 günündə ABŞ-ın xərci 11,3 milyard dolları keçib"
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
İraq neft limanlarının bağlandığını açıqlayıb
Neftin qiyməti yenidən 100 dolları keçdi
Pezeşkian müharibənin bitməsi üçün İranın şərtlərini açıqladı
Azərbaycan Prezidentilə Avropa İttifaqı Şurasının Prezidentinin birgə mətbuat bəyanatı
Əmanətiniz illik 12 % gəlir gətirsin!




















