Wolt artıq Qəbələ və Xankəndidə – rahat və sürətli çatdırılma xidməti daha iki yeni şəhərdə istifadədə!
(®) Wolt Azərbaycanın paytaxtı Bakıda 2019-cu ildən qida və qeyri-qida məhsullarının çatdırılması sahəsində fəaliyyət göstərən texnologiya və logistika şirkətidir. Şirkət Azərbaycanın regionlarında genişlənməsini davam etdirərək artıq Qəbələ və Xankəndi şəhərlərində də fəaliyyətə başlayıb. Bu addım, şirkətin ölkə üzrə daha çox insana rahat, etibarlı və müasir çatdırılma təcrübəsi təqdim etmək strategiyasının növbəti mərhələsini təşkil edir.
Wolt-un yeni şəhərlərdə istifadəyə verilməsi, şirkətin məqsədinə – Azərbaycanın bütün bölgələrində eyni səviyyədə yüksək xidmət keyfiyyəti təmin etmək istiqamətində atılmış mühüm addımdır. Artıq Qəbələ və Xankəndidə yaşayan istifadəçilər Wolt tətbiqi vasitəsilə sevdikləri restoranlardan yeməkləri, eləcə də supermarketlər, müxtəlif növ mağazalardan və apteklərdən istədiklərini bir neçə toxunuşla sifariş edə bilirlər. Çatdırılmalar tez, etibarlı və izlənə bilən formada həyata keçirilir.
Yerli sahibkarlar üçün isə Wolt, yalnız çatdırılma xidməti deyil, həm də rəqəmsal satış kanalı və marketinq dəstəyi platforması rolunu oynayır. Şirkət tərəfdaşlarına yeni müştərilərə çıxış imkanı, analitika alətləri və platformada görünürlük imkanı təqdim edərək, onların satışlarını artırmağa və bizneslərini inkişaf etdirməyə şərait yaradır.
Yeni şəhərin xəritəyə əlavə olunması ilə Wolt, Azərbaycanın regionlarında rəqəmsal transformasiyanı sürətləndirmək, yerli iqtisadiyyata dəstək vermək və müştəri təcrübəsini təkmilləşdirmək məqsədini davam etdirir. Şirkət həm yerli sahibkarlar, həm də kuryerlər üçün yeni gəlir imkanları yaradaraq, regionlarda məşğulluğun artmasına da töhfə verir.
Qəbələ və Xankəndidə Wolt-un istifadəyə verilməsi, şirkətin Azərbaycan bazarına uzunmüddətli strateji yanaşmasının bir hissəsidir. Genişlənmə planları çərçivəsində Wolt yaxın aylarda digər şəhərlərdə də fəaliyyətini genişləndirməyi planlaşdırır.
Wolt haqqında
Wolt – 2014-cü ildə Finlandiyada yaradılmış texnologiya şirkətidir. Hazırda DoorDash qlobal ailəsinin bir hissəsi olan Wolt, 25-dən çox ölkədə 300-dən çox şəhərdə fəaliyyət göstərir və milyonlarla istifadəçiyə xidmət göstərir.
Azərbaycanda Wolt, paytaxt Bakı ilə yanaşı, bir neçə regionda da aktivdir və məqsədi ölkənin bütün şəhərlərində rahat, texnologiya əsaslı çatdırılma təcrübəsini əlçatan etməkdir. Wolt tətbiqini App Store və Play Store-dan asanlıqla yükləyib istədiklərinizi sifariş edin və sürətli çatdırılmadan zövq alın.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 2 gün sonra
- 41 d. əvvəl
-
-
51 d. əvvəl
Yeni ilə daha böyük bizneslə daxil olun: Unibank kampaniyanın müddətini uzatdı
- 54 d. əvvəl
-
1 saat əvvəl
Agentlik və Sahibkarlar Təşkilatının Milli Konfederasiyası Memorandum imzalayıb
-
1 saat əvvəl
Azərbaycan və Ermənistan nümayəndələri sərhəddə Zod mədəni ərazisinə baxış keçirib
-
1 saat əvvəl
Su təchizatı və kanalizasiya üzrə yarım qalmış işləri tamamlamaq 7,6 milyon manata başa gələcək
- 1 saat əvvəl
-
2 saat əvvəl
Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Li Auto"nun Azərbaycanda yeni satış mərkəzi açıldı
Azərbaycan neftinin son qiyməti
Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Ən çox oxunanlar
Misin qiyməti tarixi ən yüksək səviyyədə
Azərbaycanda 75 milyon manata su kanalı qurulacaq
Gümüşün qiymətində yeni rekord
Qızılın qiyməti son 7 həftənin ən yüksək səviyyəsinə yaxındır
"Rubl təxminən 10% ucuzlaşa bilər"
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda 2000-ci ildən bu yana pambıq üzrə ən yüksək orta məhsuldarlıq göstəricisi qeydə alınıb





















.jpg)
.jpg)




