Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Kiğılı 6 ay ərzində istehsalın dayanacağı barədə xəbərdarlıq etdi - Türkiyənin geyim sənayesində ciddi böhran

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kiğılı 6 ay ərzində istehsalın dayanacağı barədə xəbərdarlıq  etdi - Türkiyənin geyim sənayesində ciddi böhran
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Türkiyənin hazır geyim sektoru tarixin ən çətin dövrünü yaşayır. Abdullah Kiğılı 6 ay ərzində istehsalın dayanacağını və fabriklərin bağlana biləcəyi barədə xəbərdarlıq edib. 

Marja xəbər verir ki, Türkiyədə hazır geyim sənayesi ciddi böhranla üzləşib. Konkordato (müflis olmaqdan əvvəlki mərhələ) və iflaslar, istehsalın xaricə köçməsi və pərakəndə satışlarda durğunluq sektoru tarixin ən ağır vəziyyətinə gətirib çıxarıb. "Artaş Holding" tərəfindən təşkil olunan tədbirdə iştirak edən sənaye liderləri vəziyyətin ciddiliyinə dair xəbərdarlıqlar ediblər.

Reklam_3_11

"İstehsal dayanacaq, fabriklər bağlanacaq"

"Kiğılı" brendinin sahibi Abdullah Kiğılı, “6 ay sonra istehsal dayanacaq, məhsul tapa bilməyəcəyik” sözləri ilə hazır geyim sektorundakı böhranın dərinliyini ortaya qoyub. Kiğılı, eyni zamanda, dövlətin hazır geyim və tekstil sənayesini artıq strateji sahə kimi görmədiyini bildirib.

Artaş Holding-in “Perakendede 30 İl” tədbirində danışan Kiğılı Anadolu bölgəsində bir çox fabrikin bağlanma həddinə gəldiyini və istehsalın Misir və Uzaq Şərq ölkələrinə sürətlə köçdüyünü qeyd edib.

“İş o nöqtəyə gəlib ki, istehsalçı tapmaqda çətinlik çəkəcəyik. Bizi gözləyən ən böyük fəlakət budur. 6 ay sonra istehsal dayanır, Anadoludakı fabriklər bağlanır, istehsal Misirə köçür. Çox tez-tez bir araya gəlməliyik, çünki qarşıda bizi gözləyən təhlükə böyükdür” – deyə Kiğılı əlavə edib.

Pərakəndə satışda durğunluq davam edir

Tədbirdə çıxış edən Artaş Holding İdarə Heyəti sədri Süleyman Çetinsaya isə artıq yeni alış-veriş mərkəzi (AVM) inşa etməyin iqtisadi baxımdan mümkün olmadığını bildirib:

“Hazırda 450 AVM var. Yeni AVM inşası başa çatıb, bundan sonra mövcudları yeniləyərək fəaliyyətimizi davam etdirəcəyik. Perakendədə durğunluq davam edir” – deyə Çetinsaya vurğulayıb.

"Xərclərin idarə olunmasına fokuslanmalıyıq"

"LC Waikiki"nin İdarə Heyəti sədri Vahap Küçük isə böhrana baxmayaraq ümidli olmaq lazım olduğunu söyləyib:

“İnflyasiyanı və ya faizi düşürə bilmərik, amma işlərimizi daha yaxşı idarə edə, xərclərimizi nəzarət altına ala bilərik. Bu dövrdə əsas diqqətimiz buna yönəlməlidir”.

Tarixin ən çətin mərhələsi

Son aylarda baş verən konkordato və iflaslar, istehsalın xaricə köçməsi və yüksək xərclər hazır geyim və pərakəndə sektorunu tarixinin ən çətin mərhələsinə gətirib. Abdullah Kiğılı-nın xəbərdarlığı, Türkiyədə milyonlarla insana iş imkanı yaradan hazır geyim sənayesinin gələcəyi ilə bağlı narahatlıqları daha da dərinləşdirir. Sektor nümayəndələri isə təcili tədbirlərin görülməsinə çağırış ediblər.

hazır geyim sektoru tekstil sektoru kriz iflaslar üretim durması fabriklerin kapanması Abdullah Kiğılı Artaş Holding perakende durgunluğu üretimin yurtdışına kayması devlet politikası Anadolu fabrikleri Misir Uzak Doğu AVM Süleyman Çetinsaya LC Waikiki Vahap Küçük maliyet yönetimi enflasyon faiz konkordato istihdam Türkiye sektör uyarısı
15.10.2025 11:36
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18