İstifadə müddəti bitmiş kartlar sənət əsərlərinə çevriləcək - “Card to Art” layihəsi davam edir
Yapı Kredi Bank Azərbaycan-ın dəstəyi ilə keçirilən “Card to Art” sosial layihəsi davam edir – istifadə müddəti bitmiş plastik kartlar sənət əsərlərinə çevriləcək.(®) Yapı Kredi Bank Azərbaycan-ın dəstəyi ilə həyata keçirilən sosial-ekoloji təşəbbüslər davam etməkdədir. Ətraf mühitin qorunması və dayanıqlı gələcək naminə irəli sürülən “Card to Art” layihəsi plastik tullantıların azaldılması istiqamətində yeni yanaşma təqdim edir.
Layihə “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, DOST İnkluziv İnkişaf və Yaradıcılıq Mərkəzi, Facility Management Group, Global Media Group, “Araz” supermarketlər şəbəkəsi, ECOhub və Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin dəstəyi ilə həyata keçirilir.
İstifadə müddəti başa çatmış və yararsız plastik kartların təbiətə atılmasının qarşısını almağı, habelə təkrar emalını hədəfləyən layihə çərçivəsində xüsusi toplama qutularının artıq müxtəlif məkanlara yerləşdirilməsinə başlanıb. Toplanan plastik kartlar yaradıcı şəxslərin əllərində yeni həyat qazanacaq və sənət əsərlərinə çevriləcək.
Hazırlanacaq incəsənət nümunələri Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC tərəfindən yaradılan “Tullantıdan Sənətə” muzeyində təşkil ediləcək “Card to Art” sərgisində ziyarətçilərə təqdim olunacaq.
Yapı Kredi Bank Azərbaycan olaraq biz dayanıqlı inkişaf prinsiplərinə sadiq qalaraq həm müştərilərimizi, həm də ictimaiyyəti ətraf mühitin qorunmasına töhfə verməyə çağırır, istifadə müddəti bitmiş plastik kartların incəsənətə çevrilərək yenidən dəyər qazanmasını dəstəkləyirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 1 saat əvvəl
-
-
2 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 3 saat əvvəl
-
5 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
5 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti




















.jpg)




.jpg)



