Qızıl daha da bahalaşdı, qiyməti 4 min dollara yaxınlaşdı
Külçə qızıl qiymətləri ABŞ hökumətinin fəaliyyətinin dayandırılması ilə bağlı narahatlıqların qalması nəticəsində dəstəklənib. Qanunvericilərin xərcləmə paketinə dair razılığa gəlməməsi səbəbindən hökumətin qismən bağlanması davam edir. Spot qızılın qiyməti 1%-ə qədər artaraq bir unsiya üçün 3.926,63 dollarla tarixində ən yüksək həddə çatıb. Dekabr fyuçersləri isə 1,1% bahalaşaraq unsiya üçün 3.951,32 dollar səviyyəsinə yüksəlib.ABŞ federal hökumətinin fəaliyyətinin dayandırılmasının uzanması fonunda qızılın qiyməti yenidən tarixi rekord qıraraq, bir unsiya üçün 4 min dollar həddinə yaxınlaşıb.
Marja.az xəbər verir ki, qızılın qiyməti bir unsiya üçün 3920,63 dollara qədər yüksəldib, sonra müəyyən qədər geriləyib.
ABŞ hökumətininin fəaliyyətini dayandırması, cümə günü açıqlanması planlaşdırılan məşğulluq göstəricilərinin təxirə salınmasına səbəb olub. Bu isə onsuz da qeyri-müəyyən olan iqtisadi mənzərəni daha da çətinləşdirib.
Rəsmi statistik məlumatların çatışmazlığı investorları iqtisadi vəziyyət barədə daha aydın mənzərə əldə etmək üçün özəl sektor hesabatlarına yönəldir. Bu vəziyyət, Federal Ehtiyat Sisteminin (Fed) pul siyasəti qərarlarını verməsini çətinləşdirir. İnvestorlar ayın sonuna qədər FED-in 0,25 bəndlik faiz endiriminin ediləcəyini hələ də gözləyirlər Bu da faiz gəliri gətirməyən qızıl üçün əlavə üstünlük deməkdir.
Bundan əlavə, ABŞ Prezidenti Donald Trampın Kaliforniya Milli Qvardiyasını Oreqon ştatının Portlend şəhərinə göndərməsi də bazarlarda əlavə qeyri-müəyyənlik yaradıb. Xüsusilə, Kaliforniya və Oreqon ştatlarının bu addıma qarşı məhkəməyə müraciət etməsindən sonra vəziyyət daha da gərginləşib.
FED-in faiz endirimlərinə davam etməsi və əmək bazarındakı zəifləmələr fonunda mövcud qızılın bahalaşması üçün mühit güclü olaraq qalır. Bununla belə, risk-gəlir tarazlığı dəyişməyə başlayır; buna görə də qısamüddətli geriləmə, uzunmüddətli yüksəliş trendi çərçivəsində sağlam bir korrektə kimi dəyərləndirilə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 11 saat sonra
- 13 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti


















.jpg)


.jpg)




