“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir

1 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və İtaliya Respublikasının Prezidenti Serco Mattarella “ADA” Universitetində iki akademik binanın – “Politecnico di Milano” ilə əməkdaşlıqda yaradılmış Dizayn və Memarlıq Məktəbinin və Bolonya Universiteti ilə əməkdaşlıqda yaradılmış Kənd Təsərrüfatı və Qida Elmləri Məktəbinin açılışında iştirak etmişlər.
Bu tarixi mərhələnin bir hissəsi olaraq, Azərbaycanın aparıcı daşınmaz əmlak şirkətlərindən biri olan “PAŞA Real Estate” gələcək istedadları yetişdirmək və tələbələri həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə uğurlu karyera yolları qurmaqda dəstəkləmək üçün “ADA” Universiteti ilə tərəfdaşlıq qurmuşdur.
Əməkdaşlığın əsas tərkib hissəsi “Dizayn və Yaradıcılıq Mərkəzi”nin açılışıdır. Bu məkan tələbələr üçün birgə işləməyə imkan verən bir mühit yaradacaq; burada onlar real layihələr, sənaye mütəxəssisləri və sahibkarlardan mentorluq və öz ixtisas sahələrində qabaqcıl təcrübələrə çıxış əldə edərək praktiki təcrübə toplaya biləcəklər. Mərkəz universitet təhsilini peşəkar dünya ilə əlaqələndirəcək, tələbələrə həm yaradıcı, həm də texniki bacarıqları inkişaf etdirməyə və eyni zamanda onları gələcək karyeralarına hazırlamağa kömək edəcək.
"PAŞA Real Estate" şirkətinin Baş İcraçı Direktoru (CEO) Özgür Geter bildirib ki, “Daşınmaz əmlak sektoru sürətlə inkişaf edir və bu, yerli kadrlara olan tələbatı artırır. Bu tərəfdaşlıq, beynəlxalq ən yaxşı təcrübələrə çıxış və mühüm layihələrin hazırlanmasında real həyat təcrübəsinin birləşdirilməsi ilə sahə üzrə mütəxəssislərin inkişafını təşviq edəcək”.
“ADA” Universitetinin akademik modeli ilə "PAŞA Real Estate"-in sənaye təcrübəsini birləşdirən bu təşəbbüs gələcək nəsli real dünya problemlərini həll etmək və Azərbaycanın dayanıqlı gələcəyini fəal şəkildə formalaşdırmaq üçün zəruri olan bacarıqlar, yaradıcılıq və vizyon ilə təmin edir.
“PAŞA Real Estate Qrup” haqqında
"PAŞA Real Estate Qrup", 2006-cı ildə təsis edilmiş, Azərbaycanın aparıcı investisiya konqlomeratı olan "PAŞA Holding"-in bir hissəsidir. Şaxələndirilmiş regional holdinq olaraq, "PAŞA Holding" qeyri-neft sektorlarına diqqət yetirir. Burada maliyyə, turizm, otel biznesi və texnologiya ilə yanaşı, daşınmaz əmlak və tikinti əsas prioritetlərdən biridir.
Azərbaycan, Türkiyə, Gürcüstan, Özbəkistan və Monteneqroda fəaliyyət göstərən "PAŞA Real Estate Qrup" dəbdəbəli otellər, kurortlar, ticarət mərkəzləri, premium yaşayış binaları və qarışıq istifadəli layihələr daxil olmaqla geniş spektrli aktivlərə investisiya edir, onları inkişaf etdirir və idarə edir. Dürüstlük, keyfiyyət və müştəri məmnuniyyəti prinsiplərini rəhbər tutan Qrup, sənaye standartlarını yenidən müəyyənləşdirir və qlobal miqyasda aktivlərin dəyərini artırır.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 17 saat sonra
-
- 21 d. əvvəl
- 33 d. əvvəl
-
54 d. əvvəl
Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
-
1 saat əvvəl
"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Asiya bankı Azərbaycanda "yaşıl istiqraz"ların pilot buraxılışını nəzərdən keçirir
- 1 saat əvvəl
-
1 saat əvvəl
445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib
-
1 saat əvvəl
“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

BOKT Qazaxda filialını açır

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib
Ən çox oxunanlar

“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir

ChatGPT-ni yaradan şirkətin dəyəri 500 milyard dollara çatıb

Oktyabrın 3-də gözlənilən hava şəraiti

Bir Bonus Toyota Corolla və yüzlərlə bonus qazandırır

Azərbaycanlı biznesmen haqqında yayılan iddialara cavab
