Azercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdi
Mobil operator gənc qızların İT və İKT sahəsində inkişafını dəstəkləməyə davam edir(®) Azercell Telekom gənc qızların İT və İKT sahəsində inkişafını təşviq etmək istiqamətində fəaliyyətini davam etdirir. Ötən il start verilən “Uğur qızlarımızındır” təşəbbüsünün davamı olaraq, bu il də Kompüter elmləri və İnformasiya təhlükəsizliyi ixtisasları üzrə ən yüksək bal toplayan tələbə qızlarla xüsusi görüş keçirilib.
Tələbələri təbrik edən Azercell-in Hüquq və Data Strategiyası üzrə Baş direktoru Şirin Əliyeva deyib: “Gənc qızların İT sahəsində uğurları onların şəxsi nailiyyəti olmaqla bərabər, həm də ölkənin rəqəmsal gələcəyinə verdikləri töhfədir. Azercell olaraq biz onların bu yolda daha da irəliləməsi üçün yeni imkanlar yaratmağa və potensiallarını reallaşdırmalarına dəstək olmağa hazırıq.”
Azercell-in Korporativ və Marketinq Ünsiyyət Vasitələri departamentinin direktoru Sona Abbasova tələbələrə şirkətin korporativ məsuliyyət strategiyası, xüsusilə qadınların gücləndirilməsi və inkişafı istiqamətində görülən işlər haqqında məlumat verib: “Azercell üçün təhsilə, habelə bilik və bacarıqların artırılmasına dəstək vermək əsas prioritetlərdəndir. Biz inanırıq ki, bu təşəbbüslə gənclərin potensialını üzə çıxarmaq və onların İT sahəsində inkişafına yardım göstərmək mümkündür.”
Görüşdə tələbələrə dəyərli hədiyyələr və “DigiMax 10” tarif paketinə bir illik abunəlik təqdim olunub.
Azercell uzun illərdir təqaüd proqramları, təcrübə imkanları və müxtəlif sosial layihələr vasitəsilə gənclərin bilik və bacarıqlarını inkişaf etdirməsinə dəstək göstərir və onların peşəkar mütəxəssis kimi formalaşmasına töhfə verir.
Azercell bu il ali məktəbə qəbul olmuş bütün tələbələri təbrik edir, onlara uğurlar arzulayır!
Qeyd edək ki, tələbələrin siyahısı ixtisas seçiminin nəticələrinə əsasən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 6 saat əvvəl
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
9 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 9 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 10 saat əvvəl
-
11 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
12 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti















.jpg)






.jpg)



