“PAŞA Bank”ın dəstəyilə “Koroğlu” operası yenidən səhnədə
(®) Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının əməkdaşlığı çərçivəsində “Koroğlu” operası yenidən səhnəyə qayıdıb.
Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin şah əsəri olan “Koroğlu” operası 28 sentyabr 2025-ci ildə keçirilən möhtəşəm quruluşda tamaşaçılara təqdim edilib.
“PAŞA Bank”ın milli mədəni irsi qorumaq və təbliğ etmək istiqamətindəki təşəbbüslərinin davamı olaraq, operanın yenidən bərpası çərçivəsində personajların səhnə obrazlarını tam əks etdirən xüsusi kostyumlar hazırlanıb. Hər bir kostyum zərif parçalar, milli naxışlar və ustaların əl işləri sayəsində tamaşanın vizual gözəlliyini və tarixi orijinallığını qoruyub.
Layihədə Bankın rolunu vurğulayan İdarə Heyətinin sədri Cavid Quliyev bildirib ki, “Koroğlu” operasının yenidən səhnəyə qayıtması, qəhrəmanlıq, dözümlülük və milli qürur kimi dəyərləri yeni nəsillərə ötürmək üçün önəmli bir addımdır.
“Milli irsimiz - bizim birliyimizin və kimliyimizin ifadəsidir. “PAŞA Bank” olaraq, biz mədəni irsimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətindəki təşəbbüslərimizi davam etdiririk,”- deyə, Quliyev bildirib.
9 iyul 2025-ci il tarixində Bank və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memorandum əsasında, “PAŞA Bank” 140 illik yubileyi qeyd olunan dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasının bərpası layihəsinə dəstək üçün ianə ayırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)







.jpg)







