Milli Depozit Mərkəzi ilə Clearstream arasında əməkdaşlıq imkanları müzakirə edilib
Azərbaycan Respublikası Milli Depozit Mərkəzi (MDM) ilə dünyanın aparıcı qlobal depozitar və klirinq təşkilatlarından biri olan "Clearstream" şirkətinin nümayəndələri arasında görüş keçirilib.
Marja xəbər verir ki, görüşdə MDM-i Müşahidə Şurasının sədri Elçin Əlizadə və İdarə Heyəti sədrinin müşaviri Müşfiq Əhmədli, "Clearstream"i isə Qlobal Məhsullar üzrə Baş Meneceri Yan Vilyems təmsil edib.
Görüş zamanı depozitar xidmətlər sahəsində qarşılıqlı əməkdaşlığın perspektivləri və Azərbaycan kapital bazarının beynəlxalq maliyyə bazarlarına inteqrasiyası məsələləri müzakirə olunub.
Tərəflər qarşılıqlı hesablaşma mexanizmlərinin yaradılması, o cümlədən MDM-in "Clearstream"də, "Clearstream"in isə MDM-də nominal saxlayıcı hesablarının açılması imkanları ilə bağlı müzakirələr aparıb.
Bu, "Clearstream"in geniş beynəlxalq investor bazasının Azərbaycan fond bazarına səmərəli çıxışının təmin edilməsi istiqamətində mühüm addım hesab olunur. Eyni zamanda, Azərbaycan fond bazarlarının da "Clearstream"in yaratdığı geniş beynəlxalq infrastrukturdan istifadə imkanı yaranacaq.
Tərəflər həmçinin, gələcək birgə fəaliyyətin istiqamətlərini müəyyən etmək və texniki imkanları daha ətraflı öyrənmək məqsədilə əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
33 d. əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
-
- 41 d. əvvəl
-
51 d. əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 saat əvvəl
-
2 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
3 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Ən çox oxunanlar
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti














.jpg)










.jpg)



