Xalq Bank nizamnamə kapitalını artırdı
Ölkənin aparıcı banklarından olan ASC “Xalq” Bankı nizamnamə kapitalını 31 milyon 2 min 762 manat artıraraq 446 milyon 599 min 506 manata çatdırıb.
Marja.az Banka istinadən xəbər verir ki, kapital artımı Bankın nominal səhmlərinin dəyərinin 114.48 manatdan 123.02 manata artırılması hesabına baş tutub.
"Nizamnamə kapitalının artırılması Bankın dayanıqlı inkişafını təmin etmək və risk idarəetmə siyasətinin effektivliyini gücləndirməklə yanaşı, həmçinin, Bankın 2024-2026-cı illər üzrə İnkişaf Strategiyasında nəzərdə tutulmuş hədəflərinə nail olunmasında dəstək olaraq əməliyyat və kreditləşdirmə imkanlarını genişləndirəcək",- Bankın məlumatında bildirilir.
Xatırladaq ki, əsası 2004-cü ildə qoyulmuş və regionun dinamik inkişaf edən və etibarlı maliyyə institutlarından olan Xalq Bank son rübün göstəricilərinə əsasən, hazırda 3.4 milyard manat aktiv, 1.9 milyard manat kredit portfeli və 2.4 milyard manat depozit portfeli ilə ölkənin ən böyük özəl banklarından biridir.
Xalq Bank müxtəlif alternativ satış kanalları ilə yanaşı, ölkə üzrə 30 filialdan ibarət xidmət şəbəkəsi və peşəkar heyəti ilə fərdi və korporativ müştərilərə müasir və rahat bankçılıq xidmətləri təklif edir. Fəaliyyətində müştəri məmnuniyyətini hədəfləmiş Bank müxtəlif rəqəmsal və innovativ biznes həllərini tətbiq edərək məhsul və xidmət çeşidlərini genişləndirməklə yanaşı, daim xidmət səviyyəsini yüksəltmək istiqamətində çalışır.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






















.jpg)

