Norm Ustalar Klubunda “Təhsilli Gələcəyəm” layihəsinin iştirakçıları tələbə adını qazanıblar
Norm şirkətinin dəstəyi ilə Norm Ustalar Klubunda həyata keçirilən “Təhsilli Gələcəyəm” layihəsinin iştirakçılarından 12 nəfər ali məktəblərə keçirilən qəbul imtahanlarını müvəffəqiyyətlə başa vuraraq, tələbə adını qazanıb.
Sözügedən layihəyə ötən ilin sentyabrında başlanılmışdı. Müxtəlif bölgələrdən olan ustaların övladları ali təhsil ocaqlarına hazırlanmaq məqsədilə 10 aylıq intensiv hazırlıq kurslarına cəlb olunmuş və eyni zamanda, layihə boyunca müxtəlif təlim proqramlarında iştirak etmişdilər.
Qeyd edək ki, Norm Ustalar Klubunda mütəmadi olaraq, ustaların özləri ilə yanaşı, onların müxtəlif yaş kateqoriyalarında olan övladları üçün bir sıra təhsil və inkişaf layihələri həyata keçirilir. Bu cür təşəbbüslərlə şirkət inşaat ustalarının sosial statusunun yüksəldilməsinə, onların övladlarının gələcəkdə savadlı, peşəkar kadr kimi yetişməsinə töhfə verir.
Beləliklə, sənaye sahəsinin liderlərindən biri kimi Norm, sosial məsuliyyət istiqamətində də nümunəvi addımlar atmaqla, dayanıqlı inkişafı dəstəkləyir. Şirkət 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 1 saat əvvəl
-
-
2 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 4 saat əvvəl
-
5 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
5 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti





















.jpg)









