Maliyyə savadlılığı hər yaşda önəmlidir – Bank of Baku-dan təlim
Maliyyə savadlılığı mövzusu Bank of Baku-nun daimi diqqət mərkəzindədir və bank fərqli kommunikasiya kanalları vasitəsilə ardıcıl maarifləndirmə işləri aparır.
9 sentyabr tarixində isə Bank of Baku tərəfindən yaşlı nəslin nümayəndələri üçün “Maliyyə savadlılığı hər yaşda önəmlidir" adlı təlim təşkil olunub.
“Üçüncü Bahar” Yaşlılara Dəstək İctimai Birliyi ilə birgə baş tutan təlimin əsas məqsədi cəmiyyətimizin yaşlı nümayəndələrini gündəlik maliyyə əməliyyatları, son dövrlərdə geniş yayılmış fırıldaqçılıq və dələduzluq metodları barədə məlumatlandırmaq olub.
Bankın Ödəniş sistemləri departamentinin əməkdaşı, təlimçi Gülər Mirzəyeva tədbir iştirakçılarına bank kartları ilə ödənişlərin təhlükəsizliyi, şəxsi bank məlumatları və bu məlumatların əhəmiyyəti, eləcə də təmassız və ya onlayn ödənişlər edərkən diqqət edilməli əsas nüanslar barədə məlumatlar verib. Əlavə olaraq, kart hesabındakı vəsaitləri fırıldaqçılardan qorumaq mövzusuna xüsusi diqqət ayrılıb.
Qeyd edək ki, tədbirin əsas fərqləndirici məqamı təlimin səhər yeməyi süfrəsi ətrafında, səmimi bir atmosferdə keçirilməsi olub. Bu format iştirakçılara interaktiv müzakirələri daha rahat şəkildə aparmağa imkan yaradıb. 20-dən çox iştirakçı onları maraqlandıran sualları səsləndirib, qarşılaşdıqları real fırıldaqçılıq hallarını paylaşaraq faydalı tövsiyələr alıblar.
Tədbirin sonunda hər bir iştirakçıya təşəkkür simvolu olaraq sertifikatlar və hədiyyələr təqdim olunub.
Məlumat üçün bildirək ki, 30 ildən çoxdur ki, fəaliyyət göstərən “Bank of Baku” paytaxt Bakı və regionlarda ümumilikdə 20 filialı ilə 1 milyondan çox vətəndaşa xidmət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 1 saat əvvəl
-
-
2 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 4 saat əvvəl
-
5 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
5 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti



























.jpg)


