Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanda şirkətlərin say 8 faiz artaraq 200 minə yaxınlaşıb

Vergi ödəyicilərinin sayı 4,8 faiz artıb
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda şirkətlərin say 8 faiz artaraq 200 minə yaxınlaşıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2025-ci ilin sentyabr ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 645 min 546 vergi ödəyicisinin 86,9 faizi fiziki şəxs, 13,1 faizi hüquqi şəxs və digər təşkilatlar olub.

Marja.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,8 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,4 faiz,  hüquqi şəxslərin sayı 7,3 faiz artıb. 

Reklam_3_11

Sentyabr ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz artaraq 199 min 530 vahid təşkil edib. 2025-ci ilin yanvar-avqust aylarında 9 min 419 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bunun da 88,7 faizi yerli investisiyalı, 11,3 faizi xarici investisiyalıdır. 

Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,9 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb. 

Kommersiya qurumlarının 84,8 faizi elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 96,2 faiz təşkil edib. 

10.09.2025 11:52
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18