Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Coca-Cola” Fondunun dəstəyi ilə Mərzəndiyə kəndinə su çəkilib

“Coca-Cola Azərbaycan” Şirkətinin baş direktoru Rəna Məmmədova: "Biz çox şadıq ki, “Coca-Cola” Fondunun dəstəklədiyi Qlobal Su Çağırışı proqramı çərçivəsində “Mərzəndiyə kəndinin su təminatının yaxşılaşdırılması” lahiyəsi vasitəsilə 1350 sakinin təmiz su əldə etməsinə kömək olduq və bundan qürur duyuruq"
iç səhifə xəbər başlığı altı (mobil)_31
“Coca-Cola” Fondunun dəstəyi ilə Mərzəndiyə kəndinə su çəkilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Sentyabrın 5-də “Coca-Cola” şirkəti, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) və Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndələri Şamaxı rayonunun Mərzəndiyə kəndinə su çəkilişini qeyd etmək üçün kənd sakinləri ilə görüş keçiriblər.

Şamaxı RİH-nin rəhbəri Tahir Məmmədov, “Coca-Cola Azərbaycan” şirkətinin baş direktoru Rəna Məmmədova, ADSEA-i sədrinin birinci müavini Xəyyam Məmmədov və ADSEA Regional Su Meliorasiya Xidmətinin rəisi Zakir Quliyevin iştirakı ilə keçirilən görüşdə dövlət və şirkət nümayəndələri “Şamaxı rayonunun Mərzəndiyə kəndinin su təminatının yaxşılaşdırılması” layihəsinin icrasının tamamlanmasını qeyd edib və kənd sakinlərini təbrik ediblər.

Layihə “EcoHub” ekoloji platformasının təşəbbüsü ilə “Coca-Cola” Fondunun dəstəklədiyi “Dayanıqlı Su Təşəbbüsləri” Proqramı çərçivəsində həyata keçirilib.

Ötən ilin dekabrında start verilən layihə çərçivəsində Pirsaat su mənbəyindən kəndə uzanan 7 km uzunluğunda müxtəlif diametrli magistral su kəmərinin tikintisi tamamlanıb, su mənbəyi sahəsində nasos aqreqatları quraşdırılaraq elektrik təchizatı ilə təmin edilib və kəndin içində 60 kubmetrlik su çəni quraşdırılıb. Daha sonra kənd daxilində şəbəkə xətlərinin çəkilişi yekunlaşdırılıb, hər evə sayğaclı və davamlı su verilməsi həyata keçirilib.

Nəticədə, kəndin 1350 sakini təmiz su ilə təmin edilib və kəndə çəkilən suyun illik həcmi 146 milyon litr olaraq hesablanıb.

“Coca-Cola Azərbaycan” Şirkətinin baş direktoru Rəna Məmmədova Coca-Cola Fondunun su layihələrinin dəstəklənməsinin vacibliyini qeyd edib: “ “Coca-Cola” fəaliyyətdə olduğu hər bir ölkədə cəmiyyətin inkişafına, icmaların yaşayışının yaxşılaşmasına daim dəstək olub.  Biz çox şadıq ki, “Coca-Cola” Fondunun dəstəklədiyi Qlobal Su Çağırışı proqramı çərçivəsində “Mərzəndiyə kəndinin su təminatının yaxşılaşdırılması” lahiyəsi vasitəsilə 1350 sakinin təmiz su əldə etməsinə kömək olduq və bundan qürur duyuruq. Bu mühüm layihənin qısa zamanda həyata keçirilməsinə görə Su Ehtiyatları Agentliyinə, Şamaxı Rayon İcra Hakimiyyətinə və “EcoHub” platformasına təşəkkür edirik”.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin birinci müavini Xəyyam Məmmədov  isə layihənin davamlı olması üçün çalışacaqlarını bildirib: “Mərzəndiyə kəndini su ilə təmin etmək üçün böyük işlər görüldü. Layihənin icrası bir neçə ay çəkdi və nəhayət, biz uğurlu nəticə əldə etmişik. Kəndin bütün sakinlərini təbrik edirəm. İnanıram ki, tərəfdaşlarımızla birgə belə uğurlu layihələrin sayı çox olacaq”.

Şamaxı RİH rəhbəri Tahir Məmmədov rayon əhalisinin problemlərinin hər zaman dövlətin diqqətində olduğunu və problemlərin həlli üçün bütün imkanlardan istifadə edilərək işlərin davam etdirildiyini qeyd edib: “Mərzəndiyə kəndinə su çəkilişi münasibətilə hər birinizi təbrik edirəm. Dövlətimizin diqqəti və özəl sektorun dəstəyi ilə sakinlərin gündəlik həyatı daha da yaxşılaşır. Kəndin su problemi artıq həll olunub. İndi hər evdə təmiz su var. Bu işin uğurla yekunlaşmasında əməyi olan bütün tərəfdaşlarımıza minnətdaram”.

ADSEA Regional Su Meliorasiya Xidmətinin rəisi Zakir Quliyev də Şamaxı və ətraf rayonların bəzi kəndlərində su çatışmazlığı olduğunu və bu istiqamətdə işləri davam etdirdiyini bildirib: “Bu gün çoxdan gözlənilən gündür. Nəhayət Mərzəndiyə sakinləri davamlı su ilə təmin edildilər. Bu kənd camaatının həyatını dəyişəcək məqamdır. Kəndin əsas ehtiyacı, əsas məsələsi bu idi. Mən də öz növbəmdə kəndə suyun çəkilməsində əməyi olan hər bir quruma və şəxsə dərindən minnətdarlığımı bildirirəm.”

Dövlət və şirkət nümayəndələri Mərzəndiyə kənd sakinlərinə görülən işlərlə bağlı məlumat verib, kənd ərazisini gəziblər. Daha sonra kəndin ağsaqqal nümayəndəsi, tanınmış ziyalı aşıq Ağamurad Şirvanlının evinə baş çəkərək sakinlərlə səmimi söhbət ediblər.

Şamaxı Mərzəndiyə kəndi içməli su su təminatı su kəməri Coca-Cola Azərbaycan Coca-Cola Fondu EcoHub Dayanıqlı Su Təşəbbüsləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ADSEA Şamaxı Rayon İcra Hakimiyyəti Tahir Məmmədov Rəna Məmmədova Xəyyam Məmmədov Zakir Quliyev Pirsaat su mənbəyi magistral su kəməri su çəni su layihəsi ekoloji layihə ictimai layihə kənd sakinləri təmiz su davamlı su sosial məsuliyyət korporativ sosial məsuliyyət KSM qlobal su çağırışı infrastruktur layihəsi sosial inkişaf icmaların rifahı Azərbaycan kəndləri Şamaxı xəbərləri.
08.09.2025 19:53

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18