Bakıda Arıçılıq Məhsullarının 25-ci Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək
Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrar Tədarük və Təchizat" ASC və "Azərbaycan Arıçılar Assosiasiyası" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 25-ci Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkası baş tutacaq.
Yarmarka 18 oktyabr – 9 noyabr tarixlərində Nərimanov rayonu, “Gənclik” m/st-nın çıxışı, “Atatürk” parkının qarşısında təşkil olunacaq.
Yarmarkada iştirak etmək istəyən arıçılar 5 sentyabr saat 11:00-dan 7 sentyabr saat 23:59-dək bal.kendden.az portalı üzərindən onlayn qaydada müraciət edə biləcəklər. Qeydiyyat yalnız Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) 2025-ci il sentyabr ayının 1-dək minimum 40 arı ailəsi ilə təsərrüfatlarını bəyan etmiş fermerlər üçün açıq olacaq. Yarmarkada iştirak hüququ qazanmış arıçılara isə SMS vasitəsilə məlumat veriləcək.
Məhsulların qəbulu 25 sentyabr – 6 oktyabr tarixlərində həyata keçiriləcək. Bu müddətdə bal nümunələrini Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları yerində götürəcək və analiz edəcək. Nəticələr isə 1 – 11 oktyabr tarixlərində fermerlərə SMS və ya zəng vasitəsilə çatdırılacaq. Yarmarkada yalnız keyfiyyət standartlarına cavab verən məhsullar satışa buraxılacaq.
Bir arıçı yarmarkada maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı satışa çıxara bilər. Bu il arıçıların gətirdikləri məhsullardan diastaza ilə yanaşı saxaroza nümunələri də götürüləcək. Keçid meyarları isə standartlara uyğun olaraq qəbul ediləcək.
Yarmarkaya müraciət və analizlər ödənişli şəkildə həyata keçiriləcək. Yarmarkada iştirak edən arıçılar yeni qablaşdırma, satış yeri, lazımi ləvazimatlar, marketinq və PR dəstəyi və digər zəruri xidmətlərlə təmin olunacaqlar. Yarmarka yalnız məhsulların satış və sərgi platforması deyil, həm də istehlakçıların birbaşa arıçılardan yalnız təbii, keyfiyyətli və etibarlı bal məhsulları əldə edə biləcəkləri ənənəvi görüş məkanı olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşdi - SİYAHI
-
-
2 saat əvvəl
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
-
2 saat əvvəl
ABŞ bankından bazarlar üçün böhran xəbərdarlığı: Vəziyyət getdikcə 2008-i xatırladır
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Ziraat Bank Azərbaycan istehlak kreditlərində bahar kampaniyasını təqdim edir
-
3 saat əvvəl
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Kristal”ın “Park Yasamal” layihəsində dövlət ipotekasına yararlı mənzillərin satışı başladı!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp Putinin İrana "azacıq" kömək göstərdiyini etiraf edib
Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşdi - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim
Palma yağı qiymətlərində artım davam edir
UPT pulköçürmələri artıq TuranBank mobil tətbiqində!
“Kristal”ın “Park Yasamal” layihəsində dövlət ipotekasına yararlı mənzillərin satışı başladı!
PAŞA Sığorta ilə Ramazan və Novruz bayramlarının sevincini səyahətdə doya-doya yaşayın!
Qarabağda torpaqların icarəyə verilməsi üzrə 2-ci investisiya müsabiqəsinin qalibləri müəyyənləşib
“Söküntü zamanı kiçik evlər üçün pul kvadrata görə verilməsin”



















