Büdcədən təxminən 182 milyon manat fiziki və hüquqi şəxslərə geri qaytarılıb
2025-ci ilin yanvar-iyul ayları ərzində dövlət büdcəsindən 181 milyon 764,2 min manat məbləğində vəsait fiziki və hüquqi şəxslərə geri qaytarılıb.
Marja.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, geri qaytarılan vəsaitin 5 milyon 874 min manatı əcnəbilər tərəfindən ölkə ərazisində alınan istehsal və kommersiya məqsədi daşımayan mallara görə ödənilən ƏDV-nin qaytarılmasına aiddir. Bu məbləğə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə qaytarılan ƏDV də daxildir.
Fiziki şəxs olan istehlakçılara isə işğaldan azad edilmiş ərazilərdə yerləşən mehmanxanalar tərəfindən göstərilən xidmətlərə, pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən, o cümlədən özəl tibbi praktika ilə məşğul olan şəxslərdən alınan mallara və xidmətlərə görə ödənilən ƏDV-nin 109 milyon 599,7 min manatı geri ödənilib. Bura neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları daxil deyil.
Həmçinin, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 18 milyon 817,8 min manatı fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.
Hesabat dövründə artıq ödənilmiş vergilər, dövlət rüsumu, faizlər və maliyyə sanksiyaları üzrə isə dövlət büdcəsindən geri qaytarılan vəsaitin məbləği 47 milyon 472,7 min manat təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 27 d. əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
3 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 4 saat əvvəl
-
5 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
6 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti



















.jpg)



.jpg)



