Azərbaycan hotelərindəki yerlərin 79 faizə yaxını boş qalıb
2025-ci ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan (yerlərdən) istifadə səviyyəsi ölkə üzrə 21,4 faiz olmuşdur (2024-cü ildə 24 faiz). Başqa sözlə, yerlərin 78,6 faizindən istifadə olunmayıb.Dövlət Statistika Komitəsi 2025-ci ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin fəaliyyəti haqqında məlumatları açıqlayıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 9,2 faiz artaraq 290 milyon manat olmuşdur ki, onun da 60,4 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,5 faizi ictimai iaşə xidmətlərindən, 3,2 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,9 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.
2025-ci ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi (doluluq) ölkə üzrə 21,4 faiz olmuşdur (2024-cü ilin yanvar-iyun aylarında 21,1 faiz). Bu göstərici Şabranda 51,5 faiz, Naftalanda 40,2 faiz, Bakıda 34,1 faiz, Qusarda 31,6 faiz, Sabirabadda 27,4 faiz, Qəbələdə 22,1 faiz, Bərdədə 19,5 faiz, Lənkəranda 17,9 faiz, Şamaxıda 17,4 faiz, Qubada 17,1 faiz, Biləsuvarda 16,3 faiz, Beyləqanda 16,0 faiz, Ağstafada 15,8 faiz, digər şəhər və rayonlarda isə 15,8 faizdən aşağı olmuşdur.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb












.jpg)






