IGB gələn ilin əvvəlində Azərbaycanla müqavilə imzalayacaq - RƏSMİ
Interconnector Greece-Bulgaria (IGB) konsorsiumu 2018-ci ilin əvvəlində adıçəkilən boru kəməri ilə qaz nəql edəcək tərəflərlə, o cümlədən Azərbaycanla müqavilələr imzalamağı planlaşdırır. Bu barədə konsorsiumun yaydığı məlumatda deyilir.
"EWRC (Bolqarıstan) və RAE (Yunanıstan) kimi tənzimləyici qurumlar cari ilin oktyabr ayının sonunadək boru kəmərinə üçüncü tərəflərin qoşulması ilə bağlı məsələni həll etməlidir. Ardınca 2018-ci ilin yanvarınadək Avropa İttifaqı tərəfindən müvafiq qərarın verilməsi gözlənilir ki, bunun əsasında qaz nəqlinə dair müqavilələr imzalanacaq", - deyə məlumatda vurğulanıb.
"Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ildə 1 mlrd. kubmetrinin Bolqarıstana çatdırılmasını məhz IGB təmin edəcək. Bununla yanaşı, interkonnektor vasitəsilə SOCAR-a məxsus ildə 250 mln. kubmetr həcmində (5 il ərzində) qaz da nəql oluna bilər. Bunun üçün IGB-nin TAP layihəsinə qoşulması nəzərdə tutulub.
TAP layihəsi Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına görə strateji məqsədlərində əsas rolu oynayır. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında "Hökumətlərarası Saziş" 2013-cü ilin fevral ayında imzalanıb. Borunun uzunluğu 878 km təşkil edir. Onun fəaliyyətə başlama tarixi kimi 2020-ci ilin yanvar ayı göstərilir.
TAP-ın ilkin illik daşıma qabiliyyəti 10 mlrd. kubmetrdir (illik 20 mlrd. kubmetrədək artırıla bilər).
Layihə üzrə hazırkı pay bölgüsü: "Cənub Qaz Dəhlizi" QSC - 20%, BP - 20%, "Snam" - 20%, "Fluxys" - 19%, "Enagás" - 16%, "Axpo" - 5%.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 11 saat sonra
- 13 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti


















.jpg)


.jpg)



