Şəbəkənin zəif olduğu ərazilər aşkar edilib
Bakıda və Abşeronda mobil rabitənin keyfiyyəti ölçülüb, operatorlara göndərilibAzərbaycanın telekommunikasiya və poçt sahələri üzrə tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) mütəxəssislərindən ibarət ölçmə qrupları Bakıda və Abşeron yarımadası ərazisində 14 əhəmiyyətli marşrut üzrə sellülar (mobil) telekommunikasiya xidmətinin keyfiyyətinin ölçülməsini həyata keçirib.
Marşrutların müəyyənləşdirilməsində “Ookla” şirkətinin “CellAnalytics” mobil şəbəkə analiz platformasının ilkin təhlillərindən istifadə olunub. Marşrutların seçilməsində daha çox trafik cəmləşməsi olan və xidmət keyfiyyətində zəif göstəricilər müşahidə olunan istiqamətlərə üstünlük verilib. Qeyd edək ki, “Cell Analytics” “Speedtest” tətbiqi vasitəsilə toplanılan məlumatlardan istifadə edir. Bu məlumatlar ənənəvi (gəzinti və ya nəqliyyat vasitəsilə) ölçmələrin əhatə etmədiyi yerlərdən də, məsələn, evlərdən, ofislərdən və ya xüsusi məkanlardan daxil olur. Bu yanaşma daha geniş və əhatəli informasiya təmin edir.
Sellülar (mobil) telekommunikasiya xidməti üzrə aparılan ölçmələrin nəticələri ölkədə fəaliyyət göstərən mobil operatorlara təqdim edilib. Mobil rabitə şəbəkəsinin nisbətən zəif olduğu ərazilərdə bu çətinliklərin aradan qaldırılması üçün addımların atılması tövsiyə olunub.
Ölçmə qrupları sellülar (mobil) telekommunikasiya xidmətinin keyfiyyətinin ölçülməsi üçün ərazilərin, obyektlərin və marşrutların əhəmiyyətini, habelə istehlakçı şikayətlərini nəzərə alaraq müntəzəm şəkildə ölçmələr aparır və xidmət keyfiyyətinin təmin edilməsi üçün çalışırlar.
Xatırladaq ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
19 d. əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
-
51 d. əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 59 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 saat əvvəl
-
3 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
3 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Ən çox oxunanlar
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti



















.jpg)








