Azərbaycanlı inşaatçıların adları bir gün qlobal səhnədə səslənəcək – Məzunlar Assosiasiyası bu yolda onları dəstəkləyəcək
“PMD Projects” MMC-nin direktoru və Azərbaycan Memarlıq və İnşaat Universitetinin Məzunlar Assosiasiyasının İdarə Heyətinin sədri Nəriman Topçibaşev universitetin “Məzun günü”ndə çıxış edib.
O, təhsil müəssisələri, istehsalat və məzunlar arasında bir körpünün mövcud olmasının vacib olduğunu qeyd edib.
Nəriman Topçibaşev bildirib ki, Məzunlar Assosiasiyası təhsil və istehsalat arasında körpü rolunu oynamaqla mühüm əhəmiyyət daşıyır. O, assosiasiyanın sədri olaraq bu istiqamətdə bir sıra faydalı təşəbbüslərin həyata keçirmək niyyətində olduğunu vurğulayıb.
Bu təşəbbüslərə tələbələrin bilik və bacarıqlarını real iş mühitinə daha sürətli uyğunlaşdırmaq üçün mentorluq proqramlarının təşkili, tələbələrin əmək bazarına daha hazırlıqlı çıxmalarına şərait yaratmaq üçün seminar və master-klassların təşkili, innovativ ideyaları dəstəkləyən inkubasiya proqramlarının həyata keçirilməsi daxildir.
Əlavə olaraq Nəriman Topçibaşev qeyd edib ki, hazırda ölkəmizdə peşəkar mühəndislər, memarlar, konstruktorlar və idarəçi kadrların sayı artıb:
“Artıq zaman yetişib ki, biz öz mütəxəssislərimizə etibar edək, yerli kadrların potensialını tam dəyərləndirək və ölkəmizin gələcəyini onlara həvalə edək.
Niyə də Zaha Hadid, Con Roblinq, Cozef Straus, Santiaqo Kalatrava kimi inşaat dünyasında iz qoymuş adlarla yanaşı bir gün azərbaycanlı bir memar, bir mühəndisin, bir inşaatçının da adı çəkilməsin?
Əgər bu günün tələblərinə doğru yönəlsək, üzərimizdə dayanmadan işləsək, dünyaya səs salan azərbaycanlı inşaatçılar, memarlar, mühəndislər yetişəcək və bir gün onların da adı qlobal səhnədə əks-səda verəcək.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Məzunlar Assosiasiyası olaraq məqsədimiz məhz belə gənclərin formalaşmasına dəstək olmaq, onları lazımi bilik və təcrübə ilə təmin etməkdir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
13 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)


.jpg)


