“digital.login”də şəxsiyyətini “SİMA KYC” ilə təsdiqlə!
AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən yaradılmış “SİMA KYC” rəqəmsal həlli İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəqəmsal məhsulu olan “digital.login” vahid giriş sisteminə inteqrasiya edilib.
Artıq digital.login-də qeydiyyatdan keçən yeni istifadəçilərin müraciətləri SİMA KYC tərəfindən anında təsdiqlənəcək. Belə ki, digital.login.gov.az saytında identifikasiya nömrəsi ilə qeydiyyat zamanı vətəndaş ilkin olaraq şəxsiyyət vəsiqəsinin FİN kod və seriya nömrəsini daxil edir, ardınca vətəndaşın üzünün video qeydiyyatı aparılır, daha sonra şəxsiyyət vəsiqəsinin şəkli yüklənilir. Bundan sonra müraciət “SİMA KYC” rəqəmsal həlli ilə verifikasiya (üztanıma testi) aparılır.
Bununla da “digital.login”də videoqeydiyyat prosesində “SİMA KYC”nin süni intellekt texnologiyası tətbiq olunmaqla, vətəndaş müraciətlərinin anında cavablandırılması təmin edilir.
Qeyd edək ki, inteqrasiyanın məqsədi “digital.login” sistemində vətəndaşların şəxsi kabinetlərinin təhlükəsizliyinin artırılması, eləcə də vətəndaş məmnuniyyətinin təmin edilməsidir.
“SİMA KYC” qurumlar və istifadəçilər arasında rəqəmsal körpü rolunu oynamaqla şəxsin identifikasiyasını real vaxt rejimində əldə etmək imkanı yaradır. Bu həll vətəndaşın şəxsiyyətini təsdiqləmək üçün lazım olan bütün proseslərdə tətbiq oluna bilər. “SİMA KYC” ilə bağlı daha ətraflı məlumatı sima.az saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
Xatırladaq ki, əlavə olaraq “digital.login” vahid giriş sisteminə SİMA yeni nəsil rəqəmsal imza ilə də daxil olmaq mümkündür. Bunun üçün “SİMA İmza” tətbiqini smartfona yükləmək və qeydiyyatdan keçmək kifayətdir.
® Reklam
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 43 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























