“McDonald’s Azərbaycan” Qarabağ Universitetinin tələbələrinə təqaüd ayıracaq
McDonald’s Azərbaycan”ın dəstəyi ilə Qarabağ Universitetinin 25 tələbəsinə təqaüd veriləcək. Təqaüdlərin ümumi məbləği bir tədris ili üçün 50 000 manat təşkil edir.2 iyun 2025-ci tarixində Xankəndi şəhərində keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu çərçivəsində “McDonald’s Azərbaycan” ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tabeliyində Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Memorandum “McDonald’s Azərbaycan” şirkətinin Baş Direktoru Oskar Boqopolskiy və Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov arasında imzalanıb. Sənəd Qarabağ Universitetinin tələbələri üçün xüsusi təqaüd proqramının dəstəklənməsini nəzərdə tutur.
2025–2026-cı tədris ili ərzində “McDonald’s Azərbaycan”ın dəstəyi ilə Qarabağ Universitetinin 25 tələbəsinə təqaüd veriləcək. Təqaüdlərin ümumi məbləği bir tədris ili üçün 50 000 manat təşkil edir. Tələbələrin siyahısı universitet tərəfindən tərtib olunaraq Təhsilin İnkişafı Fonduna təqdim ediləcək.
İmzalanmış memorandumun əsas bəndlərindən biri “TələbəPlus” layihəsi çərçivəsində ali təhsil müəssisələrinin tələbələri üçün “McDonald’s” restoranlarında xüsusi endirimin tətbiq edilməsidir.
Bu təşəbbüs “McDonald’s Azərbaycan”ın təhsil sahəsində sosial layihələrin dəstəklənməsinə və gələcək nəsillərin inkişafına göstərdiyi səyi əks etdirir. Şirkət təhsil və tələbələrin rifahına yatırımları korporativ sosial məsuliyyət strategiyasının ayrılmaz hissəsi kimi qiymətləndirir.
Qeyd edək ki, Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunda Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov, Qarabağın Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, dövlət qurumlarının, özəl sektorun nümayəndələri və universitetin professor-müəllim heyəti iştirak edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 40 d. əvvəl
-
-
1 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 saat əvvəl
-
3 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
4 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti



















.jpg)




.jpg)



