PAŞA Bank 30-cu “Baku Energy Week” tədbirinin əsas bank tərəfdaşı qismində çıxış edir

Azərbaycanın aparıcı korporativ maliyyə institutu PAŞA Bank, bu gün öz işinə başlayan və regionun ən irimiqyaslı sənaye platformalarından biri hesab olunan 30-cu Yubiley “Baku Energy Week” tədbirinin əsas bank tərəfdaşı kimi çıxış edir.
Bu mötəbər platforma enerji sektorunun qlobal liderlərini bir araya gətirərək, ölkənin iqtisadi və sənaye potensialını beynəlxalq səviyyədə nümayiş etdirmək üçün geniş imkanlar yaradır.
“Baku Energy Week” çərçivəsində keçirilən üç əsas tədbir – 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum” — yüksək beynəlxalq iştirak səviyyəsi, strateji gündəliyi və enerji sənayesinin aktual mövzuları ilə seçilir. Forumda neft və qaz kəşfiyyatı və hasilatı, yaşıl enerjiyə keçid, ixrac infrastrukturu və Azərbaycanın artan investisiya cəlbediciliyi kimi önəmli mövzular müzakirə ediləcək. Tədbir çərçivəsində beynəlxalq ekspertlərin iştirakı, sənaye liderləri arasında strateji razılaşmaların və əməkdaşlıq sənədlərinin imzalanması da nəzərdə tutulur.
PAŞA Bank 30-cu “Baku Energy Week” tədbirinin əsas bank tərəfdaşı qismində çıxış edir
PAŞA Bank tədbirin hər üç əsas hissəsində fəal iştirak etməklə yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərə onların fərdi biznes ehtiyaclarına uyğunlaşdırılmış maliyyə həlləri təqdim edəcək. Bankın bu fəallığı Azərbaycanın enerji sektorunun davamlı inkişafına dəstək olmaqla yanaşı, korporativ biznesin və kiçik və orta sahibkarlığın (KOS) maliyyə resurslarına çıxış imkanlarını genişləndirməyə və onların dayanıqlı inkişafını təşviq etməyə yönəlib.
Qeyd edək ki, PAŞA Bank real sektorun maliyyələşdirilməsi sahəsində göstərdiyi xidmətlərə görə nüfuzlu beynəlxalq nəşrlər tərəfindən yüksək qiymətləndirilmişdir. Belə ki, 2024-cü ildə “Euromoney” tərəfindən “Azərbaycanın Ən Yaxşı KOS Bankı”, 2025-ci ildə isə “International Investor” tərəfindən “Azərbaycanın Ən Yaxşı Bankı” adına layiq görülmüşdür. Bu mükafatlar Bankın həm yerli, həm də beynəlxalq maliyyə bazarlarında etibarlı, innovativ və strateji tərəfdaş kimi mövqeyini bir daha təsdiqləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
9 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
9 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
9 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 9 saat əvvəl
-
9 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
10 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 10 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
