Qlobal bazarlarda son vəziyyət
ABŞ prezidenti Donald Tramp tərəfindən tətbiq edilən qlobal tariflərin qanunsuz hesab edilməsi və Federal Ticarət Məhkəməsi tərəfindən bloklanması fonunda dollar major valyutalar qarşısında kəskin şəkildə bahalaşdı. EUR/USD valyuta cütlüyü 1.12970 səviyyəsindən 1.12100 səviyyəsinə qədər geriləyib. Eyni dövr ərzində GBP/USD məzənnəsi 1.34700 həddindən 1.34150 həddinə kimi ucuzlaşıb. Qızıl dolların bahalaşması ilə zəifləyib və 20 may tarixindən etibarək ilk dəfə 3245$ səviyyəsinə qədər enib.
Verilən məlumata əsasən, Nyu-Yorkda yerləşən ABŞ-ın Beynəlxalq Ticarət Məhkəməsinin üç hakimdən ibarət heyəti tariflərin qanunsuz olması qərarını qəbul edib və bu qərarla Trampın fövqəladə vəziyyət qanununu haqsız şəkildə tarifləri əsaslandırmaq üçün tətbiq etdiyini bildirən bir sıra iddiaları dəstəkləyib.
Ekspertlər qeyd edir ki, Tramp "ABŞ-ın ticarət siyasətini öz istəklərinə tabe edib". Onlar vurğulayır ki, prezident "tariflərdən danışıqlarda təzyiq vasitəsi kimi istifadə edərək digər ölkələri ABŞ üçün sərfəli sazişlər imzalamağa məcbur etməyə çalışır və əgər şərtlər onu qane etməzsə, sadəcə tariflər tətbiq edəcəyini bildirir.
Ötən gün Federal Açıq Bazar Komitəsinin (FOMC) dərc olunmuş hesabatında, Federal Ehtiyatlar Sisteminin (FED) numayəndələri inflyasiyanın işsizliklə paralel olaraq artmağa davam edəcəyi təqdirdə, çətin seçim qarşısında qala biləcəklərini qeyd ediblər. Belə vəziyyətdə onlar prioritetləri müəyyənləşdirərək qərar verməli olacaqlar — yüksək inflyasiyaya qarşı mübarizə aparmaq üçün faiz dərəcələrini artırmaq, yoxsa maksimum məşğulluğu təmin etmək və iqtisadi artımı stimullaşdırmaq üçün onları azaltmaq. Eyni zamanda, iclas iştirakçıları razılaşıblar ki, hazırda ABŞ-da iqtisadi artım və əmək bazarı davamlılıq nümayiş etdirir, baxmayaraq ki, gələcəyə dair proqnoz daha qeyri-müəyyən olub.
“Brent” markalı neftin bir barel üçün qiyməti ticarət gününün əvvəlində kəskin olaraq bahalaşıb. Ötən gün tiarət sessiyasını 64.25$ səviyyəsində bitirən “qara qızıl”, bugün 65$-dan ticarət olunmağa başlayıb və 65.20$-a qədər də bahalaşıb. Amerika Neft İnstitutunun (API) açıqlamasına görə, ABŞ-da ötən həftə kommersiya məqsədli xam neft ehtiyatları 4.24 milyon barel azalıb. Bir həftə əvvəl isə qeyd olunan göstərici 2.5 milyon barel artmışdı.
“OPEC+” ölkələrinin nazirləri isə 39-cu görüşdə daha əvvəl qəbul edilmiş qərarları, o cümlədən 2026-cı ilin sonuna qədər olan neft hasilatı səviyyələri ilə bağlı razılaşmaları təsdiqləyiblər. Şənbə günü isə gündəlik 2.2 milyon barrel həcmində könüllü hasilat azaldılmasına razılaşmış səkkiz “OPEC+” ölkəsinin nazirlərinin ayrıca görüşü baş tutacaq. Bu görüşdə iyul ayında ardıcıl üçüncü dəfə hasilatın 411 min barrel artırılması imkanının müzakirə olunacağı gözlənilir.
Bugün bazar iştirakçılarının diqqət mərkəzində ABŞ-da açıqlanacaq ÜDM olacaq. Həmçinin, Amerikada İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı və Şəxsi Xərclərin Qiymət İndeksi göstəriciləri investorlar tərəfindən maraqla gözlənilən xəbərlərdir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
35 d. əvvəl
20–30 mart tarixlərində əlavə reyslər təyin ediləcək - “Azərbaycan Dəmir Yolları”
- 43 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Göygöl Şərab Zavodu nümunəvi vergi ödəyicisi kimi təltif olunub
-
1 saat əvvəl
Mir Camal Paşayev: “2006-cı ildə hekayəmiz “PAŞA Sığorta”nın təsis edilməsi ilə başladı”
-
1 saat əvvəl
“McDonald’s Azərbaycan” xidmət sahəsində məşğulluğun inkişafına töhfəyə görə mükafata layiq görülüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Goldman Sach: Türkiyə Mərkəzi Bankı apreldə faiz artıra bilər
-
2 saat əvvəl
"Abşeron" yatağında təbii qazın hasilatına başlanılacağı vaxt açıqlanıb
-
2 saat əvvəl
Fövqəladə ehtiyatlardan bazara çıxarılan neft barədə detallar açıqlanıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan 153 ölkə arasında 80-ci yerdə olub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Mir Camal Paşayev: “2006-cı ildə hekayəmiz “PAŞA Sığorta”nın təsis edilməsi ilə başladı”
Goldman Sach: Türkiyə Mərkəzi Bankı apreldə faiz artıra bilər
Ən çox oxunanlar
Neft qiymətləri artmaqda davam edir - "ABŞ İranla bağlı bir neçə yüksək riskli hərbi variantı nəzərdən keçirir"
Bu yay "Sea Breeze" ərazisində italyan və Mərakeş restoranı açılacaq
Rəsmi məzənnələr açıqlandı
Tramp Putinin İrana "azacıq" kömək göstərdiyini etiraf edib






















