Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Xalq Bankın 2024-cü il üzrə audit hesabatı açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Xalq Bankın 2024-cü il üzrə audit hesabatı açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ölkənin aparıcı banklarından olan ASC “Xalq” Bankı 2024-cü il üzrə audit hesabatını təqdim edib. Konsolidasiya edilmiş maliyyə hesabatlarının auditini “böyük dördlüyə” daxil olan KPMG şirkəti aparıb. 

Bankın yaydığı press-relizdə qeyd edilib ki, 2024-cü ilin 31 dekabr tarixinə faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 14% artaraq 181.3 mln. manat, qeyri-faiz gəlirləri isə 38% artaraq 58.7 mln. manat təşkil edib. Gəlir və xərclər fərqindən sonra mənfəət 82.4 mln. manat təşkil edib və bu məbləğin 16.5 mln. manat hissəsi mənfəət vergisi olaraq ödənilib. Bununla da konsolidasiya edilmiş xalis mənfəət 2024-cü ili üzrə 65.9 mln. manat təşkil etmişdir. Qeyd edək ki, 2023-cü ilin müvafiq dövründə bu göstərici 64.6 mln. manat təşkil etmişdi (2% artım).

Reklam_3_11

Konsolidasiya edilmiş aktivlərin həcmi hesabat dövrünün sonuna 3 mlrd. 41.8 mln. manat təşkil etmişdir. Kredit portfelinin həcmi artaraq 1 mlrd. 862.9 mln. manat, depozitlərin həcmi 1 mlrd. 943.5 mln. manat təşkil etmişdir, cəmi kapital isə 501.1 mln. manata çatmışdır. 

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

 

27.05.2025 14:33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ