Azərbaycanın internet provayderi yeni nəsil TV platformasını təqdim edib
Azərbaycanın aparıcı internet provayderi CityNet yeni nəsil TV platformasını istifadəyə verib.
Platforma istifadəçilərə TV, smartfon, planşet və veb-brauzer üzərindən fasiləsiz izləmə və bir neçə kanala eyni zamanda baxmaq imkanı yaradır. Eyni zamanda, CityNet TV ilə canlı yayımı geri çəkmək, arxivə baxmaq və yaddaşa yazmaq, sevimli kanalları qeyd etmək mümkündür. Platforma çoxsaylı cihaz dəstəyi ilə hər kəs üçün əlçatan bir əyləncə mərkəzi rolunu oynayır.
CityNet TV “BluTV”, “Setanta Sports”, “Dizi Channel”, “FilmBox” kimi premium kanalları izləmə imkanı təqdim edir. Bundan əlavə, istifadəçilər platforma üzərindən “YouTube”, “Netflix”, “Amazon Prime”, “Spotify” kimi məşhur tətbiqlərə də rahatlıqla baxa bilərlər.
İstifadəçilər CityNet TV xidmətindən müxtəlif rahat üsullarla yararlana bilərlər. Tətbiqi “App Store” və “Google Play” üzərindən müxtəlif cihazlara yükləmək, Smart TV-lərdə birbaşa izləmək mümkündür. Təqdim olunan kontentə həm kabelli, həm də Wi-Fi bağlantılı STB (Set-Top Box) vasitəsilə televizorda baxmaq imkanı da mövcuddur.
Daim öz abunəçilərini düşünən CityNet yaxın zamanda TV platformasında istifadəçilərə bir sıra yeniliklər təqdim edəcək.
CityNet yüksəksürətli sabit internet, ev telefonu xətti və rəqəmsal TV xidmətləri təqdim edən və daim inkişaf edən internet provayderidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)








.jpg)








