Avropada böyük maliyyə qrupu Azərbaycan ilə bağlı proqnozlarını açıqladı
Niderlandın ən böyük maliyyə qrupu olan “ING Group” Azərbaycanın 2025-ci il üzrə iqtisati artım proqnozunu 0,5 faiz bəndi azaldıb.
Bu barədə ING-yə istinadən xəbər verilir.
Belə ki, bank qrupu 2025-ci ilin dördüncü rübü üzrə Azərbaycanda real ümumdaxili məhsul (ÜDM) artımı üzrə proqnozunu 4,5%-dən 4%-ə, ümumi 2025-ci il üzrə isə artım proqnozunu isə 3%-dən 2,5%-ə endirib. Bank 2026-cı il üzrə isə 2,5% iqtisadi artım proqnozlaşdırıb.
Qeyd edilib ki, proqnozun azaldılması əsasən ilin birinci rübündəki zəif iqtisadi göstəriciləri əks etdirir.
Xatırladaq ki, Dövlət Statistika Komitəsi bu ilin il rübü üzrə Azərbaycanda 0,3% iqtisadi artım qeydə alıb.
Beynəlxalq reytinq agentlikləri - “S&P Global” bu il 2 %, “Fitch Ratings” 2025-ci ildə 3 %, 2026-cı ildə 2,4 %, “Moody's” isə hər il 2,5 % artım gözləyir.
Avropa Yenidənqurma və İnkişaf Bankı 2025-ci ildə iqtisadi artımı 3 %, 2026-cı ildə 2,5 %, Beynəlxalq Valyuta Fondu isə müvafiq olaraq 3,5 % və 2,5 % səviyyəsində proqnozlaşdırır. Dünya Bankının proqnozlarına görə, 2025-ci ildə iqtisadi artım 2,7 %, 2026-cı ildə 2,4 % təşkil edəcək. Asiya İnkişaf Bankı isə bu göstəriciləri müvafiq olaraq 3,4 % və 3,3 % səviyyəsində proqnozlaşdırır.
ING: Bu il Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini endirmək imkanları məhduddur
Azərbaycan və MDB-nin digər ölkələri- Özbəkistan, Qazaxıstan və Ermənistanın uçot dərəcəsini endirmək imkanları məhduddur.
Bu barədə Niderlandın ən böyük maliyyə qrupu olan “ING Group”un proqnozunda bildirilib.
“Azərbaycan, Özbəkistan və ən son Ermənistanın mərkəzi bankları, daha əvvəl Qazaxıstanın göstərdiyi nümunəni izləyərək, xarici mühitdən qaynaqlanan inflyasiya risklərinin artmasından narahatlıqlarını ifadə ediblər. Son bir ay ərzində keçirilən bütün dörd iclasda uçot dərəcələri dəyişməz saxlanılıb, halbuki bəzi hallarda bu, bazarın gözləntilərinin və verilən əvvəlki siqnalların əksinə olub. Hazırda istehlak qiymətləri indeksi (CPI) ümumilikdə artım istiqamətində hərəkət edir ki, bu da yaxın gələcəkdə uçot dərəcələrinin endirilməsi üçün imkanların çox məhdud olduğunu təsdiqləyir”- ING vurğulayıb.
Maliyyə qrupu region ölkələri üzrə istehlak qiymətləri indeksinə (CPI) dair gözləntiləri 0,5-1,0 faiz bəndi artırdığını açıqlayıb. Bununla belə, ING Azərbaycanda 2025-ci ilin ikinci rübü üzrə inflyasiya proqnozunu 6,1%-dən 5,9%-ə, üçüncü rübdə 4,6%-dən 4,4%-ə, dördüncü rübdə 4,7%-dən 4,6%-ə, ümumi il üzrə isə 5,2%-dən 5,1%-ə endirib. ING təkcə 2026-cı ilin dördüncü rüb proqnozunu 5,6%-dən 5,7%-yə yüksəldib.
ING neftin ucuzlaşmasının Azərbaycana təsirlərini açıqlayıb
Niderlandın ən böyük maliyyə qrupu olan “ING Group” neftin ucuzlaşmasının MDB-nin enerji ixracatçıları olan Azərbaycan və Qazaxıstana təsirlərini açıqlayıb.
Maliyyə qrupu qeyd edib ki, neft qiymətlərinin azalması Qazaxıstan və Azərbaycanı diqqət mərkəzinə gətirir. Bu ölkələrin hər ikisi ixrac gəlirlərinin (müvafiq olaraq 55% və 88%) və büdcə daxilolmalarının (22% və 52%) əhəmiyyətli hissəsini neft satışlarından əldə edir. Buna görə də neftin qiymətində hər 1 dollarlıq dəyişiklik ciddi əhəmiyyət daşıyır:
“Qiymətləndirmələrimizə görə, neftin illik orta qiymətində hər 1 dollarlıq dəyişiklik Qazaxıstan üçün illik ixrac gəlirlərində 550 milyon dollar, büdcə gəlirlərində isə 150 milyon dollar fərq yaradır. Azərbaycan üçün isə bu rəqəmlər ixrac gəlirləri üzrə 300 milyon dollar, büdcə gəlirləri üzrə isə 150 milyon dollardır”.
ING bildirib ki, son yenilənmiş proqnoza əsasən, 2025-ci il üçün neft qiymətləri gözləntiləri 5 dollar, 2026-cı il üçün isə 11 dollar aşağı salınıb. Bu, Qazaxıstanın cari hesab və büdcə kəsirlərini 2025-2026-cı illərdə ÜDM-nin 0,3-0,6 faiz bəndi qədər artıracaq. Azərbaycanın iqtisadiyyatına isə eyni dövrdə ÜDM-nin təxminən 2%-i həcmində mənfi təsir edə bilər.
“Qazaxıstanın çevik məzənnə siyasəti bu vəziyyətə uyğunlaşma imkanı verir, lakin Azərbaycan manatının dollara sabit bağlılığı ölkədə 2020-ci ildən bəri ilk dəfə cari hesab kəsirinin yaranmasına səbəb ola bilər. Buna baxmayaraq, Azərbaycanın iri fiskal ehtiyatları bu mənfi təsirləri müəyyən qədər yumşalda bilər”- ING əlavə edib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Ən çox oxunanlar
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA






.jpg)








.jpg)





