İri şirkətlər qrupu: “Bank Standard”a 77,7 milyon manat borcumuz var
"AS Group Investment" şirkətlər qrupu təsisçisi Şahin Mövsümovun "Bank Standard" QSC-dən girovsuz kredit götürməsi barədə yayılan xəbərlərə münasibət bildirib.
Şirkətlər qrupunun yaydığı açıqlamada deyilir:
"AS Group Investment" daim cəmiyyət qarşısında şəffaf fəaliyyəti ilə seçilmiş şirkətlərdəndir və həyata keçirdiyi layihələrlə Azərbaycanın dinamik inkişafına dəstək olmuş, regionda həyata keçirdiyi layihələrlə isə həm ölkəyə maliyyə cəlb etmiş, həmçinin həmin layihələrin uğuru ilə ölkənin inşaat gücünü beynəlxalq müstəvidə göstərə bilib. Şirkətlər qrupu 1996-cı ildən etibarən sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şahin Mövsümov tərəfindən 2003-cü ildə təsis olunub.
Dövlət və özəl sektorda kompleks layihələr həyata keçirən holdinq daim ölkənin inkişafına, iş yerlərinin açılmasına öz töhfəsini verib. 7-8 sentyabr tarixlərində bəzi media orqanlarında "AS Group Investment" və onun təsisçisi barədə bəzi media orqanlarında dəqiq olmayan məlumatlar yayımlanıb.
Şirkətlər qrupunun və onun təsisçisinin imicinə və işgüzar nüfuzuna xələl gətirən həmin yazılanlar barədə öz rəsmi cavabımızı açıqlayır və hörmətli media qurumlarından xəbərdə haqqında bəhs edilən tərəfin mövqeyinin göstərilməsi prinsipini əsas tutaraq "AS Group Investment"in təqdim etdiyi açıqlamanı dərc etməyinizi xahiş edirik.
Məlumatlara əsasən, Şahin Mövsümov "Bank Standard" QSC-dən guya girovsuz kredit götürüb. Məlumdur ki, Azərbaycan qanunvericiliyinə görə ölkədə heç bir bank girovsuz kredit verə bilməz. "AS Group Investment" də banklarla münasibətini girovlu kreditlər əsasında qurub. Lakin bildirmək istəyirik ki, şirkətlər qrupunun sözügedən banka olan kredit borcunun məbləği xəbər saytlarında qeyd olunan qədər deyil, 77 milyon 750 min manatdır. Bu vəsaitin götürülməsi üçün isə şirkətə və sahibkara aid ümumi dəyəri kredit məbləğindən bir neçə dəfə çox olan torpaq sahələri, mənzil, yaşayış və qeyri yaşayış sahələri, əmlak kompleksləri girov qoyulub.
Bildirmək istəyirik ki, şirkət və holdinqlərin layihələrinin icrası üçün banklardan kredit götürməsi biznesin inkişaf çarxlarından biridir və bu tip kreditlər inkişafı sürətləndirən amillərdəndir. Şirkətin hazırda "Bank Standard" QSC-dən başqa daha 3 bankda müxtəlif məbləğlərdə krediti mövcuddur və götürülmüş vəsaitlər ölkədə və bölgədə iri layihələrin icrasına yönəldilib. Şirkətlər qrupu əldə etdiyi kreditləri gəlirli layihələrinə yönəldərək həmin vəsaitləri qazanca çevirir. "AS Group Investment"in aktivlərinin dəyəri götürdüyü kreditlərdən dəfələrlə çoxdur.
Hazırda şirkətlər qrupunun layihələrində 2000 nəfərdən çox şəxs çalışır. Şirkətlər qrupunun icra etdiyi ən son layihələrdən biri Hövsanda “Abşeron AqroPark”ının yaradılması olub ki, burada 200 ha ərazidə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi nəzərdə tutulub.
Regionun aparıcı developerlərindən biri olan "AS Group Investment"in Gürcüstan, Özbəkistan, Rusiya və Ukraynada nümayəndəlikləri mövcuddur. Şirkət Beynəlxalq aləmdə Azərbaycanı inşaat nəhəngi kimi tanıdır. "AS Group Investment" bildirir ki, şirkətlər qrupu və onun təsisçisi hər zaman ictimaiyyətə açıqdır".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
15 saat əvvəl
Naxçıvan sahibkarlarından Prezident İlham Əliyevə minnətdarlıq məktubu
-
16 saat əvvəl
"Binanın bir mərtəbəsinin müğənniyə hədiyyə edilməsi ilə bağlı" xəbərə “Kristal”dan reaksiya
-
-
1 gün əvvəl
"Bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb - xarici borcumuzu 16 dəfə üstələyir"
- 1 gün əvvəl
-
1 gün əvvəl
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
-
1 gün əvvəl
Marja.az oxucularını və tərəfdaşlarını Yeni il münasibətilə təbrik edir!
-
2 gün əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə























