Bank BTB-də yeni rəqəmsal imkan!
(®) Bank “BTB”, müştərilərin bank əməliyyatlarını daha rahat və operativ həyata keçirə bilmələri üçün rəqəmsal imkanlarını gündən-günə genişləndirməkdədir. Artıq Bank “BTB”-nin bütün filiallarında müştərilər fiziki şəxsiyyət vəsiqəsi təqdim etmədən, "mygov" platforması vasitəsilə rəqəmsal şəxsiyyət vəsiqələrindən istifadə edərək bank xidmətlərindən yararlana biləcəklər.
Bu yenilik müştərilər üçün vaxta qənaət və əlavə rahatlıq baxımından yeni bir imkan kimi qiymətləndirilir. Bunun üçün sadəcə "mygov" platformasında şəxsiyyət vəsiqəsinə aid 8 simvoldan ibarət unikal kodu bank əməkdaşına təqdim etmək kifayətdir.
Onu da nəzərə çatdıraq ki, Bank “BTB” bu xidməti İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə əməkdaşlığı çərçivəsində istifadəyə verib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2024-cü il tarixli Fərmanına əsasən, şəxsiyyət vəsiqəsi məlumatlarının “mygov” platforması üzərindən təqdim edilməsi fiziki sənədin təqdim edilməsi ilə eyni hüquqi qüvvəyə malikdir.
Bank xidmətləri haqqında (012) 946 nömrəli Məlumat Mərkəzindən, www.btb.az rəsmi saytından və ya bankın www.facebook.com/bankbtb və www.instagram.com/bankbtb ünvanlarında olan sosial səhifələrindən ətraflı məlumat almaq mümkündür.
Bank “BTB” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 27 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini tarixi addım hesab edir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"Kapital Bank"ın kredit reytinqi daha da yüksəldi
NEQSOL Holding strateji rəhbərlikdə təyinatları elan edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
Vətəndaşların diqqətinə: bəzi məhsulların poçtla sifarişi zamanı qanunvericiliyin tələblərinə əməl olunmalıdır
Ən çox oxunanlar
“Azmikroinvest”in gəlirləri və xalis mənfəəti artıb
Azərbaycan və Qazaxıstan birgə özəl turizm şirkəti yaradır
"Azərkosmos"ın ixracı cüzi artıb
“Prime Cotton” şirkətinin ixracı 2 dəfəyə yaxın artıb
“Baku Steel Company” ixracını 70 faiz artırıb







.jpg)






.jpg)






