Qızılın qiyməti yeni rekord həddə çatıb
Dünən 3 %-dən çox bahalaşan qızıl bu gün də 2 faizə yaxın bahlaşaıb. Qlobal bazarlarda dolların ucuzlaşması və ABŞ prezidenti Donald Trampın Federal Ehtiyat Sistemi ilə (FED, ABŞ Mərkəzi Bankı) bağlı tənqidləri fonunda qızılın qiyməti çərşənbə axşamı yeni rekord həddinə çatıb.Qlobal bazarlarsa Dolların zəifləməsinin yeni dalğası, ABŞ prezidenti Donald Trampın Federal Ehtiyat Sistemini (FED, ABŞ Mərkəzi Bankı) tənqid etməsi və davam edən ticarət müharibəsi narahatlıqları təhlükəsiz "liman" tələbini dəstəklədiyi üçün qızılın qiyməti çərşənbə axşamı yeni rekord həddə çatıb.
Marja xəbər verir ki, qızılın unsiyasının qiyməti 3500 dollara çataraq rekord qırıb. Bu bahalaşma dolların dəyərinin 2023-cü ilin sonundan bəri ən aşağı səviyyəyə düşməsilə ilə baş verib. Dünən 3 %-dən çox bahalaşan qızıl, bu gün də 2 faizə yaxın dəyər qazanıb.
Tramp FED sədri Jerome Powell-i (Cerom Pauel) işdən çıxarmağı düşündüyünü söyləyib və faiz dərəcələrinin aşağı salınması lazım olduğunu bildirib. FED-in Çikaqo idarəsinin rəhbəri Austan Goolsbee, pul siyasəti üzrə müstəqilliyi məhdudlaşdırmaq cəhdlərinə dair xəbərdarlıq edib.
"Oversea-Chinese Banking"in baş strateqi Kristofer Vonq deyib: “FED sədri Pauelin vəzifəsindən kənarlaşdırılması təkcə mərkəzi bankın müstəqilliyi prinsipini pozmur, həm də ABŞ-ın pul siyasətini bazarları poza biləcək şəkildə siyasiləşdirmək riski daşıyır”.
Vonq bildirib ki, Fed-in etibarlılığı şübhə altına alınarsa, bu, dollara olan inamı daha da azalda və qızıl kimi təhlükəsiz "sığınacaqlara" keçidi sürətləndirə bilər.
Bu il ərzində qızılın qiyməti dəfələrlə rekord həddə çatıb; Ticarət müharibəsi bazarları əsəbiləşdirdiyindən, qızıl bu il bir-birinin ardınca rekordlar qırıb. Ticarət müharibəsinin bazarlardakı narahatlığı riskli aktivlərə marağı azaldıb və investorları qızıl kimi təhlükəsiz "sığınacaqlara" (az riskli) yönəldib. Qızılla dəstəklənən birja fondlarında (ETF) aktivlər 12-ci həftədir ki, artmaqdadır. Eyni zamanda, mərkəzi banklar da qlobal tələbi dəstəkləyərək ehtiyatlarına qızıl əlavə edirlər.
Çin bir daha Pekinin maraqları bahasına edilən istənilən razılaşmaya qarşı olduğunu vurğulayıb.
BVF-nin bu həftə təqdim edəcəyi yenilənmiş iqtisadi proqnozları kimi məlumatlar qlobal yavaşlama ilə bağlı narahatlıqları gücləndirə bilər.
Qlobal banklar qızılın gələcəyi ilə bağlı daha optimistdirlər. "Goldman Sachs" qızılın qiymətinin 2026-cı ilin ortalarında 4000 dollara çata biləcəyini proqnozlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
24 d. əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
-
25 d. əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 47 d. əvvəl
- 53 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
Ən çox oxunanlar
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir






















