“Çin razılaşmaq istəyir, amma necə başlayacaqlarını bilmirlər”
ABŞ prezidenti Donald Tramp "Truth Social"da verdiyi açıqlamada Çinin tariflər ilə bağlı razılaşmaq istədiyini bildirib.
Tramp, “Çin razılaşmaq istəyir, amma necə başlayacaqlarını bilmirlər”,- deyib.
Həmçinin, Tramp Cənubi Koreyanın baş naziri vəzifəsini icra edən Han Duck-soo ilə ölkənin ABŞ-la ticarət profisiti, tariflər, gəmiqayırma, ABŞ-dan LNG-nin “böyükmiqyaslı” alışı və onların Alyaska Boru Kəmərində birgə müəssisəsi kimi məsələləri müzakirə etdiyini bildirib.
Tramp, “Cənubi Koreyanın yüksək vəzifəli rəsmiləri ABŞ-a səfər edəcək, hər şey yaxşı görünür” açıqlamasını verib.
Trampın ötən həftə imzaladığı sərəncam ilə, ABŞ-ın bir çox ticarət tərəfdaşlarına 10 ilə 50 faiz arasında tariflər (gömrük rüsumları) tətbiq edilib. Bu çərçivədə Çinə 34 faiz, Cənubi Koreyaya isə 25 faiz rüsum tətbiq edilib.
Çin qarşılıqlı tariflərə cavab olaraq 34 faiz gömrük rüsumunu, ABŞ isə rüsumları geri götürməyəcəyi təqdirdə ölkəyə 50 faiz əlavə rüsum tətbiq edəcəyini açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
11 d. əvvəl
PMD Group və Zaha Hadid Architects-dən gələcəyə yönələn yeni layihə!
- 33 d. əvvəl
- 44 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın Rusiya və Türkiyə ilə idxal - ixracının həcmi azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycandan Ermənistana ixracın həcmi 10 milyon dollara yaxınlaşıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Alibaba Group" daha güclü "Zhenwu" süni intellekt çipini və yeni böyük dil modelini təqdim edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
PMD Group və Zaha Hadid Architects-dən gələcəyə yönələn yeni layihə!
Böyük planlarınız üçün böyük kredit Expressbankda
Azərbaycanın Rusiya və Türkiyə ilə idxal - ixracının həcmi azalıb
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Azərbaycandan Ermənistana ixracın həcmi 10 milyon dollara yaxınlaşıb
Tramp: İranla münaqişə "çox tez" bitə bilər
"Alibaba Group" daha güclü "Zhenwu" süni intellekt çipini və yeni böyük dil modelini təqdim edib
"Milla Dairy" və Danone strateji əməkdaşlığı genişləndirir
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu






.jpg)
.jpg)







.jpg)




