Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında 15 faizə yaxın artım olub
“İxrac icmalı”nın aprel ayı üçün ilkin rəqəmləri açıqlandıİqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın aprel sayına dair ilkin göstəriciləri təqdim edib.
İcmala əsasən, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,7% artaraq 771,9 milyon ABŞ dolları təşkil edib. Cari ilin ilk üç ayında yeyinti məhsullarının ixracı 15,1% artaraq 224,7 milyon ABŞ dollarına bərabər olub.
2025-ci ilin yanvar-mart aylarında ixrac olunan qiymətli və ya azqiymətli daşlar və metallar ötən ilin müvafiq dövrünə nəzərən 46,7 milyon ABŞ dolları və ya 3,4 dəfə, qara metallar və onlardan hazırlanan məmulatlar 9,1 milyon ABŞ dolları və ya 76,8%, kimya sənayesi məhsulları 21,9 milyon ABŞ dolları və ya 33,4%, şəkər 976,3 min ABŞ dolları və ya 18,8%, meyvə-tərəvəz 20,8 milyon ABŞ dolları və ya 15,7%, alüminium və ondan hazırlanan məmulatlar 4,9 milyon ABŞ dolları və ya 10,2%, spirtli və spirtsiz içkilər 724 min ABŞ dolları və ya 5,7%, çay 74,1 min ABŞ dolları və ya 5,1%, bitki və heyvan mənşəli piylər və yağları 237,9 min ABŞ dolları və ya 4,2%, pambıq iplik 22,1 min ABŞ dolları və ya 0,4% artıb.
2025-ci ilin yanvar-mart aylarında ixrac olunan aqrar məhsullar 12,3% artaraq 170,5 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları 17,6% artaraq 69,1 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 13,8% artaraq 239,6 milyon ABŞ dolları təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 35 d. əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
3 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 4 saat əvvəl
-
5 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
6 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti















.jpg)









.jpg)
