Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda dənlik qarğıdalının məhsuldarlığında tarixi rekord

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda dənlik qarğıdalının məhsuldarlığında tarixi rekord
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Yalama Aqropark”da istehsal sahələri üzrə innovativ yanaşma və müasir texnologiyadan istifadə edildiyindən istehsal sahələri üzrə də ölkə üzrə yüksək məhsuldarlıq səviyyəsinə nail olunmuşdur:

 

Reklam_3_11

Bunu "Marja"ya “Yalama Aqropark”ın İcraçı direktoru Zaur Əliyev bildirib. 

 
“Keçən əkin ilində dənlik qarğıdalı əkinində hektardan 15.6 ton məhsul yığılmışdır ki, bu da ölkə üzrə indiyə qədər əldə edilmiş ən yüksək məhsuldarlıq olaraq tarixə keçmişdir. Ümumilikdə, son bir ilin istehsal nəticələrinə nəzər salsaq müəssisəmizdə 400 hektar sahədə arpa əkini, 128 hektar sahədə yonca, 170 hektar sahədə dən qarğıdalı, 300 hektar sahədə silosluq qarğıdalı əkini və 50 hektar sahədə soya əkini aparılmışdır. Ümumilikdə, son 1 ildə 895 ton dən arpa və 1846.5 ton arpa senajı, 2600 ton yonca senajı və 900 min ton quru yonca otu, 1560 ton dən qarğıdalı və 4325 ton silosluq qarğıdalı istehsal edilmişdir. Hal-hazırda 200 hektar silosluq qarğıdalı sahəsində məhsul yığımı davam edir. Sentyabr ayı ərzində dən arpa qarğıdalı və soya yığımı işlərinə başlanacaqdır. Heyvandarlıq sahəsi üzrə gündəlik süd istehsalı həcmi mövsümdən asılı olaraq 13-17 ton arasında dəyişir, hazırda 13 tona bərabərdir”,- o deyib.

08.09.2017 10:23
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18