Tezliklə Azərbaycan mediası üçün süni intellekt sistemi istifadəyə veriləcək
Süni intellekt və media: Yeni dövrdə informasiyanın idarə edilməsi. Innovation Media Services (InnMedia) şirkətinin inkişaf etdirdiyi sistem medianın əsas problemlərini həll etməyi hədəfləyir. InnMedia-nın startap layihəsinə investorların cəlbinə başlanılıb.
Müasir dünya informasiya partlayışı dövründədir. Media sahəsində informasiyanı tez və dəqiq idarə etmək artıq sadəcə jurnalistikanın deyil, texnologiyanın da məsuliyyətinə çevrilib.
Azərbaycan mediası da qlobal transformasiyadan geri qalmamaq üçün yeni yanaşmalar axtarır. Bu məqamda süni intellekt və avtomatlaşdırılmış sistemlər medianı yenidən şəkilləndirməyə başlayır.
Medianın avtomatlaşdırılması - gələcəyin qaçılmaz istiqaməti
Son illərdə media subyektləri böyük həcmli məlumatları idarə etməkdə çətinliklər yaşayır. Xüsusilə, dezinformasiyaların yayılması, faktların yoxlanması ünvanında ciddi problemlər ortaya çıxır.
Azərbaycanda bu istiqamətdə iş görən Innovation Innovation Media Services (InnMedia) şirkəti regionda süni intellektin mediaya inteqrasiyası sahəsində liderliyə iddialıdır. InnMedia süni intellektin potensialından tam istifadə edən ilk startaplardan biridir. Şirəkətin inkişaf etdirdiyi sistem medianın əsas problemlərini həll etməyi hədəfləyir:
• Tam avtomatlaşdırılmış redaksiyalar;
• Jurnalistlər üçün avtomatlaşdırılmış CMS;
• Səsləndirmə və audio kontent;
• Rəsmi informasiya məmbələrin (qərar, sərəmcam, qanun və s.) avtomatik təhlili;
• Fakt (feyk) yoxlama aləti;
• Dünya üzrə bazar (istənilən dildə) araşdırılması;
Süni intellekt Azərbaycan mediasını haraya aparır?
Rəqəmsal dövr Azərbaycan mediasını yeni dalğaya dəvət edir. InnMedia məhz bu istiqamətləri həyata keçirməyi planlaşdırır və artıq Azərbaycanda texnologiya bazarında işini qurur. Süni intellekt və media sintezinin mükəmməl nümunəsini yaratmaqla, Azərbaycanın media sahəsinin gələcəyinə öncüllük edir.
Hazırda, InnMedia investorların cəlb olunmasının pre-seed məlhələsindədir. İnvestisiya raundlarda iştirak etmək istəyən investorlar: [email protected] ünvana müraciət edə bilərlər.
Müştərilərin xəbərləri

Mələk İnvestorlar Məktəbi — Azərbaycanda yeni nəsil investor mədəniyyətinin formalaşması üçün platforma
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
-
1 saat əvvəl
Türkiyədə zeytun yağı qiymətlərində 10 faizə qədər əlavə artım gözlənilir
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Fresco SS” şirkəti 3 şirkətin ona qoşulması yolu ilə yenidən təşkil edilib
-
3 saat əvvəl
Azərbaycandan Rusiyaya pomidor ixracı son iki ayda minimum səviyyəyə düşüb
-
3 saat əvvəl
Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra maliyyə institutları ilə görüşüb
-
3 saat əvvəl
AZAL təyyarəsinin sərnişinləri Pulkovoda məcburi enişdən sonra Bakıya yollanıblar
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra maliyyə institutları ilə görüşüb

BOKT illik 14 faizlə 1 milyon manat borc alır

Oktyabrın 21-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar

Azərbaycanın lizinq şirkətinin səhmdarları dəyişdi

Naxçıvanda 107 istehsal müəssisəsi yaradılıb

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Azərbaycanda 5 bankın aktivləri 2 milyard manatdan çoxdur
