"Qəssabların 7-8 kiloqramlıq quzu, yaxud körpə dana istəmələri qadağan olunmalıdır"
Mal-qaranın baş sayı niyə azalır? Bu sualın obyektiv və subyektiv səbəblərdən doğan cavabları var.
Hazırda ölkə üzrə mal-qaranın baş sayı azalmağa başlayıb. Bunun obyektiv və subyektiv səbəbləri var.
İlk növbədə qeyd edək ki, maldarlıq gündəlik zəhmət tələb edən sahə olduğu üçün çoxu bu sahədən uzaq düşməyə çalışır. Məsələn, taxıl əkib onu bir neçə dəfə sulayandan sonra qalan günlərdə başqa işlə məşğul olmaq mümkündür. Ancaq heyvanlara səhərdən axşamadək qulluq göstərmək lazım gəlir.
İkincisi, örüş yerləri azalıb. Əvvəllər kolxoz və sovxozların əkin sahələri biçindən sonra bir neçə ay kənd camaatının ixtiyarına verilirdi. İndi bu torpaqlar özəl mülkiyyətə məxsus olduğu üçün orada kəndli mal-qarasını, qoyun-keçisini otara bilmir. Hətta bir çox hallarda sahibkar bunun üçün pul tələb edir ki, belə götürəndə, burada heç bir qanun pozuntusuna yol verilmir.
Qoyunçuluğa əsas zərbə vuran məsələ isə qışlaq yerləri ilə bağlıdır. Sovetlər dönəmində qoyunçuluqla məşğul olan dağ rayonlarının aran ərazilərdə daimi qışlaqları vardı. İndi bu yoxdur. Həmin qışlaqların icarəyə verilməsi aran rayonlarının yerli icra strukturlarına həvalə olunub. Yerli əhali və rayon rəhbərləri isə torpaqlarını "gəlmə"lərlə bölüşmək istəmir. O səbəbdən dağ rayonlarının sakinlərinin çoxu qoyun saxlamaqdan imtina edir. Çünki qoyunçuluğun inkişafı yaylaq və qışlağın olmasından asılıdır. Başqa cür qoyunçuluqdan gəlir götürmək mümkün deyil. Bu sahə ilə məşğul olanlar yaxşı bilirlər ki, dağlıq rayonlarda qış uzun sürdüyü üçün qoyuna çoxlu yem vermək lazım olur. Yem isə vəsait tələb edir. Bir var aranda örüş yeri, bir də var külli miqdarda pul verib alınan yem.
Təbii ki, indi əsasən mövcud olan ikinci hal qoyun, yaxud mal ətinin qiymətini bahalaşdırır. Bahalaşmaya səbəb olan digər səbəb. Bu barədə bir dəfə yazmışdıq. Qəssablar deyirlər ki, potensial alıcılar, əsasən, 7-8 kiloqramlıq quzu, yaxud körpə dana əti istəyirlər. Dünyada belə halların qarşısını almaq üçün yazılmış və yazılmamış qadağalar mövcuddur. Həmin qadağalar ona xidmət edir ki, hər bir heyvan yalnız bəslənib müəyyən çəkiyə gəldikdən sonra kəsilsin. Əks halda, məsələn, orta kəsim çəkisinin 2 kiloqram az olması illik qoyun əti istehsalında 8 min ton itki deməkdir. Bizdə isə bu kəsim çəkisi normadan nəinki 2, hətta çox vaxt 10-12 kiloqram azdır. Elədirsə, bəlkə Azərbaycanda da, məsələn, qardaş Türkiyədə olduğu kimi, heyvanların kəsilməsi üçün yaş həddi müəyyən edilsin və həmin həddi pozanlar cərimələnsin.
Bildiyimizə görə, su hövzələrində körpə balıq tutanlar üçün belə cərimələr mövcuddur. Onda heyvandarlıqda niyə olmasın? Axı 7-8 kiloqramlıq bugünkü quzu sabah 25-30 kiloqramlıq qoç, yaxud bala verən qoyun ola bilər. Ölkənin ərzaq təhlükəsizliyinin təminatı kimi vacib olan bu problemin həllini ağız tamına qurban vermək nə dərəcədə doğrudur? Bəlkə həm də bu səbəbdəndir ki, ötən il 2023-cü ilə nisbətən ölkə üzrə qaramalın baş sayı 1,3, davarınkı 3 faiz azalıb?! Gəlin etiraf edək ki, sözün bütün mənalarında dünyanın od tutub yandığı indiki vaxtında bu, heç də ürəkaçan fakt deyil.
© Rüstəm KAMAL,"Azərbaycan"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 saat əvvəl
Bank of Baku-dan yaşıl təşəbbüs – növbəti ağacəkmə aksiyası keçirildi
-
1 saat əvvəl
"Pensiya yaşının artırılması ilə bağlı iddialara RƏSMİ CAVAB
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Qızılın qiyməti 2026-cı ildə 5000 dollara, 2030-cu ilin sonuna qədər isə 10000 dollara çata bilər"
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Sizin Lombard" vətəndaşlara kredit ayrımaq üçün illik 15%-lə borc alır
-
3 saat əvvəl
“AFB Bank”ın kredit portfeli, gəlirləri və xalis mənfəəti artıb
-
3 saat əvvəl
Azərbaycan Prezidenti Fransanın yeni səfirinin etimadnaməsini qəbul etdi
- 4 saat əvvəl
-
4 saat əvvəl
Sabahdan Xırdalan-Bakı E2 nömrəli ekspres marşrut xətti istifadəyə verilir
Son Xəbərlər

"Pensiya yaşının artırılması ilə bağlı iddialara RƏSMİ CAVAB

“PAŞA Sığorta”da rəhbər vəzifəyə təyinat olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

“AFB Bank”ın kredit portfeli, gəlirləri və xalis mənfəəti artıb
Ən çox oxunanlar

10 000 manat kredit götür, aylıq cəmi 350 manat ödə

“AFB BANK” avadanlıqların satın alınması üzrə tender elan edib

Azərbaycan və Çin mərkəzi banklarının sədrləri görüşüb

“Çörəkçi” ailəsi Ümumdünya Çörək Gününü birlikdə qeyd etdi

ABB səhmdarları 16%-ə yaxın dividend qazana bilərlər
