akart mədəni irsimizi yaşatmaqda davam edir!
akart-ın eksklüziv kolleksiyası “Sahil” metrostansiyasında sərgilənir(®) Yeni nəsil ödəniş həlli vasitəsilə Azərbaycanın mədəni irsini təbliğ etməyi hədəfləyən xüsusi akart dizaynları artıq Bakı Metropoliteninin “Sahil” stansiyasında sərgilənir.
Tanınmış rəssamlarımız – Səttar Bəhlulzadə, Vəcihə Səmədova, Tahir Salahov, Mikayıl Abdullayev, Əyub Məmmədov, Rasim Babayev və digər incəsənət xadimlərinin sevilən əsərlərini özündə əks etdirən bu eksklüziv akart kolleksiyası Azərbaycan mədəniyyətinin görkəmli nümunələrini daha geniş auditoriyaya təqdim edir.
Bu unikal dizaynlar A-Solutions Elektron Pul Təşkilatı, Visa və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə əməkdaşlığı çərçivəsində hazırlanaraq 2024-cü ilin dekabr ayında ictimaiyyətə təqdim edilib. Hazırda 30 rəqəmsal kart dizaynı istifadəyə verilib və daha 15 əsərin kartlar üzərində əks etdirilməsi planlaşdırılır. Yeni kolleksiyaya Azərbaycan rəssamlarının “Novruz”, “Ramazan” və “Yaz” mövzularında əsərləri də daxil ediləcək.
Hər bir akart istifadəçisi bu yeni dizaynları tamamilə ödənişsiz əldə edə bilər. Seçiminizi “akart” mobil tətbiqi vasitəsilə edərək milli incəsənətimizi təcəssüm etdirən innovativ kartlara sahib olun!
Qeyd edək ki, akart “A-Solutions Elektron Pul Təşkilatı” MMC tərəfindən istifadəyə verilmişdir. 16 may 2024-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankından lisenziya almış ilk elektron pul təşkilatı olan A-Solutions, "Azercell Telekom" MMC-nin törəmə şirkəti olaraq yeni nəsil maliyyə həlləri təklif edir və nağdsız hesablaşmalara çıxışı olmayan insanlar üçün bu xidmətlərin əlçatanlığını artırmağı hədəfləyir.
akart ilə nağdsız ödənişlər hər an, hər yerdə hamı üçün əlçatandır!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)








.jpg)








