Trampın açıqlaması neftin qiymətinin qalxmasına səbəb olub
Trampın şənbə günündən etibarən Kanada və Meksikaya gömrük rüsumlarının tətbiq ediləcəyi ilə bağlı fikirlərini təkrarlaması neftin qiymətinin qalxmasına səbəb olub.Neft qiymətləri ABŞ prezidenti Donald Trampın şənbə günündən etibarən Kanada və Meksikaya tariflər (gömrük rüsumları) tətbiq etmək planlarını təkrarlamasından sonra yüksəlib.
Marja.az xəbər verir ki, Brent markalı neftin barrelinin qiyməti 77 dolları keçib, Qərbi Texas nefti isə 73 dollara yaxınlaşır.
Tramp, iki ölkədən idxala 25% rüsum tətbiq etmək təhdidini yerinə yetirəcəyini və həmçinin Çini hədəf alacağını söyləyib. Rüsum tətbiq ediləcək mallar siyahısına xam neftin daxil olub-olmaması ilə bağlı qərar yaxın bir neçə saat ərzində verilə bilər.
Xam neft yanvar ayında cüzi bahalaşıb. Trampın planlaşdırdığı əlavə gömrük rüsumları və "OPEC-i hasilatı artıraraq xam neft qiymətlərini aşağı salmaq çağırışları ilə" baş verən ucuzlaşma, ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalar və soyuq hava şəraitindən yaranan qiymət artımı ilə kompensasiya edilib.
Kanada ABŞ-a gündə təxminən 4 milyon barel neft göndərir və iki ölkənin bazarları sıx inteqrasiya olunub, Orta Qərbdəki neftayırma zavodları fasilələrə ən çox həssasdır. Meksika şimal qonşusuna gündə təxminən 500 min barel neft göndərir.
Bazar dəyərinə görə ABŞ-ın üçüncü ən böyük yanacaq istehsalçısı olan "Valero Energy Corp", tariflərin neft idxalına mənfi təsir edəcəyi təqdirdə emalçıların istehsalı azaldacağını gözləyir.
"ABŞ, 25%-lik tariflərdən daha çox zərbə alacaq və bu, Trampın neft qiymətlərini aşağı salmaq planına ziddir" - "ANZ Group Holdings Ltd"-nin əmtəə strateqi deyib. O, "Biz bazar aydınlaşana qədər neft qiymətlərinin dar bir aralıqda qalacağını gözləyirik", -əlavə edib.
Tramp daha əvvəl ABŞ-da xam neftin tariflərdən azad edilib-edilməməsi ilə bağlı qərar verəcəyini açıqlamışdı. Amma dünən deyib: "Onlarda olan məhsullar bizə lazım deyil. Sizə lazım olan bütün neft bizdə var".
Kanada və Meksika qisas almağa hazırlaşır
Kanada və Meksika cavab verməyə hazır olduqlarını bildirdilər. Məsələ ilə tanış olan mənbələrə görə, Kanadada rəsmilər hədəf almaq üçün təxminən 105 milyard dollar dəyərində ABŞ məhsullarının siyahısını tərtib etdilər. Kanadanın Baş nazir Kastin Trudeau daha dramatik variantları nəzərdən keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
-
- 16 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Ən çox oxunanlar
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?





















