Azərbaycan Yaponiyanın qabaqcıl sığorta şirkətlərinin tətbiqlərini öyrənir
Azərbaycan Sığortaçılar Assosiasiyasının təşəbbüsü və təşkilatçılığı ilə həyat və qeyri-həyat sığorta şirkətlərinin rəhbərlərindən ibarət nümayəndə heyəti Yaponiyanın Tokio şəhərində səfərdə olublar.
ASA-dan verilən məlumata görə, səfərin başlıca məqsədi Yaponiyanın qabaqcıl sığorta şirkətlərində tətbiq olunan innovativ texnologiyalar, rəqəmsallaşma həlləri və süni intellektin sığorta sahəsindəki tətbiqlərini öyrənməkdən ibarət olub.
Səfər çərçivəsində yerli nümayəndə heyəti “Ichinen Holdings Ltd”, “PricewaterhouseCoopers (PwC)”, “Aioi Nissay Dowa Insurance Co., Ltd”, “SOMPO Holdings Inc.”, “Dai-ichi Life Insurance Company” və “The TOA Reinsurance Company” kimi nüfuzlu şirkətlər ilə görüşlər keçirib. Görüşlərdə yerli sığortaçılar Yaponiyanın sığorta sahəsindəki qabaqcıl təcrübəsi ilə yaxından tanış olub, gələcək əməkdaşlıqlar üçün əhəmiyyətli müzakirələr aparıblar.
Səfər çərçivəsində, ASA-nın da üzv olduğu Sığorta Assosiasiyalarının Qlobal Federasiyasının (GFIA) İdarə Heyətinin üzvü olan Yaponiya Həyat Sığorta Şirkətləri Assosiasiyasının rəhbəri Toyonari Sasaki və Assosiasiya üzvləri ilə də işgüzar görüş keçirilib, ikitərəfli münasibətlərin inkişaf perspektivləri geniş müzakirə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 4 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
7 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 8 saat əvvəl
-
9 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
9 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti


















.jpg)





.jpg)

