Bitcoin, investorların mənfəəti reallaşdırmaları ilə ucuzlaşıb
İnvestorların qazanc əldə etmələri ilə əlaqədar olaraq Bitcoin ucuzlaşır.Bitcoin bazar ertəsi günü 4,70 faiz ucuzlaşaraq qiyməti 101 min dollardan aşağı düşüb (Bakı vaxtı ilə saat 09:20-yə olan məlumata görə 100 min 298 dollara ticarət olunub). Mütəxəssislər qeyd edir ki, investorların qazanc əldə etmələri ilə (mənfəəti reallaşdırırlar) əlaqədar olaraq Bitcoin ucuzlaşır.
Ucuzlaşma, ABŞ Prezidentinin Ağ Evə kripto siyasəti ilə bağlı məsləhət vermək üçün işçi qrupunun yaradılması barədə qərarından sonra baş verir. İşçi qrupuna kriptovalyuta fondunun yaradılmasını qiymətləndirərkən altı ay ərzində ABŞ-da rəqəmsal aktivlər üçün tənzimləyici çərçivə təklif etmək tapşırılıb.
ABŞ-ın Bitcoin ehtiyatı yaradacağı gözlənilir. Tramp seçki kampaniyası zamanı bunu edəcəyinə söz vermişdir.
Noyabrın əvvəlində Trampın seçkilərdə qələbə çalmasından sonra Bitcoin 50 faizdən çox bahalaşıb. Tramp əvvəllər kriptovalyutaya isti baxmırdı, lakin seçki kampaniyası zamanı fikrini dəyişdi. O, ABŞ-ı dünyanın kriptovalyuta paytaxtına çevirəcəyinə söz verib.
Qeyd edək ki, fond, valyuta və ya kriptovalytuta bazarından mənfəət əldə etmək, investorların əldə etdikləri mənfəəti reallaşdırmaq üçün öz qiymətli kağzılarını və ya digər investisiya alətlərini nağd pula çevirdikləri bir prosesdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 58 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
2 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
2 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI

























