İstanbul Hava Limanı təyyarə yanacağını daha 3 il STAR NEZ-dən alacaq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft Emalı Zavodu (NEZ) qarşıdakı üç il ərzində İstanbul Hava Limanını hər il 700 min ton aviasiya yanacağı ilə təmin edəcək.
Bu barədə “SOCAR Turkiye”yə istinadən xəbər verir.
Şirkət bildirib ki, bu strateji əməkdaşlıq aviasiya sənayesinə verdikləri töhfəni daha da artıracaq: “Biz bu əməkdaşlığı elan etməkdən məmnunuq”.
Bu il İstanbul Hava Limanının illik təyyarə yanacağına olan tələbatının 3 milyon tondan çox olacağı gözlənilir. Bu tələbatın 23,3 %-i, yəni 700 min tonu STAR NEZ tərəfindən, 60 %-i, yəni 1,8 milyon tonu isə "Türkiye Petrol Rafinerileri A.Ş." (Tüpraş) tərəfindən təmin ediləcək.
2024-ci ilin yanvar-oktyabr aylarında STAR NEZ 838,579 min ton reaktiv mühərriklər üçün kerosin (aviayanacaq) istehsal edib. Ümumilikdə isə bu dövrdə Türkiyədəki neft emalı zavodlarında 4 milyon 802,5 min ton aviayanacaq istehsal olunub. Beləliklə, STAR NEZ-in istehsal etdiyi təyyarə yanacağının əhəmiyyətli hissəsi İstanbul Hava Limanına tədarük ediləcək. Hazırda STAR NEZ-in Türkiyədə istehsal olunan təyyarə yanacağı bazarındakı payı 17,5 % təşkil edir.
Xatırladaq ki, “SOCAR Aviation” ilk dəfə 2019-cu ildə İstanbul Hava Limanının illik 700 min ton təyyarə yanacağı tədarükü üçün elan etdiyi tenderin qalibi olub.
STAR NEZ-in təməli 2011-ci ilin oktyabrın 5-də qoyulub, 2018-ci ilin oktyabrın 19-da isə rəsmi açılışı olub. Zavod 2019-cu ilin sentyabrından tam gücü ilə fəaliyyət göstərir. Ötən il burada həyata keçirilən təmir və modernləşdirmə işləri zavodun emal gücünü illik 13 milyon ton səviyyəsinə çatdırıb. STAR NEZ-də “Urals”, “Azeri Light” və “Kərkük” neft növləri emal olunur. Zavodun əsas məhsulları arasında dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol və neft koksu yer alır.
Türkiyənin təyyarə yanacağı bazarında STAR NEZ-in 1,6 milyon tonluq istehsal payı idxal ehtiyacını əhəmiyyətli dərəcədə azalda bilər. Hazırda ölkədə təyyarə yanacağı istehlakının 80 %-dən çoxu daxili istehsal hesabına təmin edilir. Türkiyənin illik təyyarə yanacağına tələbatı təxminən 6 milyon ton səviyyəsindədir. Bu həcmin 66,6 %-i və ya 4 milyon tonu İstanbul Hava Limanında, 800-900 min tonu isə Antalya Hava Limanında istifadə olunur.
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 34 d. əvvəl
-
37 d. əvvəl
Azərbaycan Dəmir Yolları tərəfindən qəbul edilən blok qatarın sayı kəskin artıb
-
- 39 d. əvvəl
- 49 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət Vergi Xidməti planı 592,1 milyon manat artıqlaması ilə yerinə yetirib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Büdcədə 4 milyard manat artıqlıq yaranıb - DAHA ÇOX GƏLİR OLSA DA, DAHA AZ XƏRCLƏNİB
-
1 saat əvvəl
İri bankın nizamnamə kapitalı 31 milyon manatdan çox artırılır
- 1 saat əvvəl
Son Xəbərlər

akart 2 beynəlxalq mükafata layiq görüldü

SOCAR Çin şirkətilə saziş imzalayıb

Əmanətinizə illik 10.5% artım – EXPRESSBANKDA

Büdcədə 4 milyard manat artıqlıq yaranıb - DAHA ÇOX GƏLİR OLSA DA, DAHA AZ XƏRCLƏNİB

İri bankın nizamnamə kapitalı 31 milyon manatdan çox artırılır
Ən çox oxunanlar

Oktyabrda Azərbaycanda rəsmi fəaliyyətə başlayır

Azərbaycan bankına əlavə kapital yatırılır

İdarə üçün Xankəndidə yeni bina tikiləcək

Dövriyyədə olan nağd pul və bank ehtiyatları azalıb

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Məktəbli formalarının satıldığı ünvanlar açıqlandı - SİYAHI
