
Azərbaycanlıların qurucusu olduğu "Corpowid" Türkiyədə 2 milyon TL-dən artıq mükafat qazandı - FOTO
"Corpowid Rəqəmsal Müyəssərlik Həlləri" şirkəti 7400-dən artıq startap arasından seçilərək 50 şirkətin təmsil olunduğu Böyük Finala vəsiqə qazanıb.
Dünyada ən yaxşı universitet inkubasiya mərkəzi seçilən İstanbul Teknik Universiteti İTÜ Arı Teknokent tərəfindən təşkil edilmiş ənənəvi "BigBang Startup Challange" yarışmasında azərbaycanlıların qurucusu olduğu Corpowid Rəqəmsal Müyəssərlik Həlləri şirkəti 7400-dən artıq startap (startup) arasından seçilərək 50 şirkətin təmsil olunduğu Böyük Finala vəsiqə qazanmışdır.
Finalda Türkiyənin ən böyük holdingləri qarşısında çıxış edən şirkətin təqdim etdiyi innovativ həllər böyük maraqla qarşılanmışdır. Nəticədə ən çox dəstək alan 7-ci startap seçilən Corpowid 2 milyon Türk Lirəsindən artıq nağd pul və mükafatlar qazanmışdır.
Qeyd edək ki, ötən il bu mötəbər müsabiqənin finalına çıxmış 40 startap 2024-cü il ərzində 392 milyon ABŞ dolları bazar dəyəri ilə 71 milyon ABŞ dolları investisiya almışdır.
Corpowid rəqəmsal müyəssərlik həlləri təqdim edən texnologiya startap şirkətidir. Hazırda dünyada 1 milyarddan çox insan üçün dünya internet resurslarının 96 %-i əlçatan deyildir. Şirkətin təqdim etdiyi süni intellektlə dəstəklənən xüsusi proqram təminatı istənilən internet saytına asanlıqla inteqrasiya olunur və saytları görmə, eşitmə, disleksiya, epilepsiya, Parkinson, koqnitiv motor xəstəlikləri və yaşa bağlı digər məhdudiyyətləri olan şəxslər üçün əlçatan edir.
Corpowid fəaliyyətinə 2024-cü ildə başlamış və artıq 5 ölkədə 100-dən artıq müştəriyə xidmət göstərməkdədir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən keçirilən nüfuzlu IDDA Awards-da İlin Kəşfi nominasiyasında qalib olmuş və Netty 2024 Milli İnternet Mükafatının Sosial Məsuliyyət və Cəmiyyət kateqoriyasını qazanmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Azərbaycanla münasibətlərdə problemlər var, lakin hər şey öz yerini tapacaq"
- 4 saat əvvəl
-
5 saat əvvəl
Avqustda dövlət qurumlarını hədəfləyən iki saxta domen bloklanıb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakı Fond Birjası 7 aylıq ticarət dövriyyəsini açıqladı - REPO-NUN HESABINA 50 FAİZƏ YAXIN ARTIM
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər

Anthropic-in dəyəri 183 milyard dollara çatıb

Tesla-nın Avropadakı satışları getdikcə azalır

“Qırmızıya qarış!” - “Baku Electronics”də 70%-dək ENDİRİM


Tramp yaxın günlərdə Putinlə telefonla danışacaq

Mərkəzi Bank yeni rəqəmsal platformalar istifadəyə verdi

Xalq Bank və “UPT”dən yeni kampaniya

Bakı Fond Birjası 7 aylıq ticarət dövriyyəsini açıqladı - REPO-NUN HESABINA 50 FAİZƏ YAXIN ARTIM

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı - 5 şirkətin dövriyyəsi 50 milyard manatı aşıb
.jpg)
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

Bəzi yerlərdə leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Azərbaycan və Asiya İnkişaf Bankı müzakirələr aparıb

Azərbaycan ada dövlətdə səfirlik təsis edəcək

Türkiyədə illik inflyasiya avqustda 33 faizə yaxın olub
