Veysəloğlu Şirkətlər Qrupu “V-FEST 2024” adlı 30 illik yubiley və Yeni il tədbirini keçirdi
(®) Veysəloğlu Şirkətlər Qrupu 30 illik yubileyi ilə bağlı 3-cü festival tədbirini, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramını paytaxtın tanınmış idman-konsert kompleksi olan “Baku Crystal Hall”da qeyd etdi.
Tədbir şirkət əməkdaşları, onların ailə üzvləri, dəvət edilmiş qonaqlar və media nümayəndələri ilə birgə baş tutub. Dekabrın 22-si saat 12:00-da başlayan və gecə saatlarına qədər davam edən təntənəli yubiley mərasimi öz möhtəşəmliyi ilə yadda qalıb.
Tədbirdə Veysəloğlu Şirkətlər Qrupunun 30 il ərzində keçdiyi inkişaf yolu və bu istiqamətdə dövlətin yaratdığı münbit şəraitdən bəhs edilib. Eyni zamanda Ümummilli Lider Heydər Əliyev və onun layiqli davamçısı, cənab Prezident İlham Əliyevin iqtisadiyyat və biznes subyektlərinin ictimai məsuliyyəti ilə bağlı səsləndirdikləri dəyərli fikirlərə xüsusi diqqət çəkilib. Qeyd olunub ki, Veysəloğlunun böyük bir biznes subyektinə çevrilməsində dövlət-özəl sektor tərəfdaşlığının xüsusi rolu var.
Aparıcılar, Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktoru Aydın Talıbovun “V-FEST 2024” adlı tədbirdə iştirak etdiyini bildirərək sözü çıxış üçün ona veriblər. Şirkət rəhbəri qonaqları salamladıqdan sonra rəhbəri olduğu kollektivə səmimi təbriklərini çatdırıb və 30 illik uğur tarixçəsindən danışıb. Çıxışında xüsusi vurğulayıb ki, şirkətin inkişafını təmin edən əsas amillər dövlətin yaratdığı lazımi şərait və dövrün tələbləri ilə ayaqlaşmağı bacaran kollektiv üzvləridir. Buna görə də, Aydın Talıbov ölkə rəhbərliyinə və şirkətin inkişafına töhfə verən hər kəsə minnətdarlığını bildirib.
Aydın Talıbov çıxışında “Veysəloğlu”nun Azərbaycan üçün əhəmiyyətini də qeyd edib. Bildirib ki, ölkə rəhbərliyinin sahibkarlığa göstərdiyi diqqət və qayğı bu Şirkətlər Qrupunu da əhatə edib. Onun sözlərinə görə, bu özəl qurumun uğurlu fəaliyyəti və ölkənin sosial-iqtisadi həyatına verdiyi töhfələr dövlətin sahibkarlığa verdiyi yüksək qiymətin bariz nümunəsidir.
Qeyd edək ki, tədbirdə ailə üzvləri ilə iştirak edən qonaqlar müxtəlif çeşidli yeməklərdən dadaraq, respublikanın tanınmış estrada ulduzlarının və rəqs ansambllarının təşkil etdiyi yaddaqalan konsert proqramını izləyiblər.
Tədbirin sonunda Veysəloğlunun əməkdaşı olan iştirakçılar (rəhbər heyətdə çalışanlar istisna olmaqla) minik avtomobili və digər qiymətli hədiyyələr üzrə keçirilən püşkatmada bəxtlərini sınayıblar. Bununla da, Veysəloğlu qaliblərə həmişəlik yadda qalacaq uduş sevinci bəxş edib. Daha sonra Aydın Talıbov xüsusi tortu kəsərək tədbirdə iştirak edən hər kəsə minnətdarlığını ifadə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 saat sonra
- 20 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti














.jpg)







.jpg)


