İcbari Sığorta Bürosu vətəndaşları daşınmaz əmlaklarını sığortalamağa çağırır
2024-cü ilin 9 ayında Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə 640 hadisəyə görə sığorta şirkətləri 1 milyon 870 manat ödəniş edib.
İcbari Sığorta Bürosu bildirir ki, qış mövsümündə havanın soyuması ilə əlaqədar qaz və elektrik enerjisindən izafi istifadə yanğın risklərini artırır. Qaz sızmaları, elektrik naqillərinin normadan artıq yüklənməsi və qeyri-standart istilik cihazlarından istifadə mənzillərdə və binalarda təhlükəli vəziyyət yarada bilər.
Baş verən yanğın və digər hadisələr nəticəsində daşınmaz əmlaka dəymiş zərər və maddi itkilər daşınmaz əmlak sığortasının əhəmiyyətini bir daha gündəmə gətirir.
Ölkəmizdə daşınmaz əmlakın icbari sığortası əmlakın yanğın və digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir.
“İcbari sığorta haqqında” Qanuna əsasən, Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta haqqı 50 manat, sığorta məbləği 25 min manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən daşınmaz əmlak üzrə sığorta haqqı 40 manat, sığorta məbləği 20 min manat, digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta haqqı 30 manat, sığorta məbləği 15 min manat təşkil edir.
2024-cü ilin 9 ayında Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə 640 hadisəyə görə sığorta şirkətləri 1 milyon 870 manat ödəniş edib.
“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı olaraq bildiririk ki, yanğın və təbii fəlakətlər gözlənilməz anlarda əmlakınızı təhlükə altına sala bilər. Bu təhlükələrin yarada biləcəyi maddi itkilərdən qorunmaq üçün əmlakın sığortalanması vacibdir.
Gələcəyinizi təhlükəsiz etmək üçün əmlakınızı sığortalayın və gözlənilməz hadisələr zamanı özünüzü güvəndə hiss edin!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 gün sonra
- 17 saat sonra
-
-
10 d. əvvəl
Birgə-investisiya mexanizminin təsis edilməsi üçün Çərçivə Sazişi mübadilə edilib
- 26 d. əvvəl
-
29 d. əvvəl
Azərbaycanın naziri Qazaxıstanın fondu və İnvestisiya Holdinqində görüş keçirib
-
1 saat əvvəl
Tokayev: Azərbaycan üzərindən tranzit olunan neftin həcmi 1,5 milyon ton təşkil edib
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonunadək baş verə bilər"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

Şirkətlərdə yeni vakansiyalar

Ermənistan İlham Əliyevin bəyanatını alqışlayır

"Trampın öz adını verdiyi layihə mütləq reallaşdırılacaq"

Azərbaycan-Qazaxıstan sənədləri mübadilə olunub
Ən çox oxunanlar

Türkiyədən Çin mallarına qarşı yeni məhdudiyyət

150 min istifadəçi sayını ötdü!

Şirkətin 802 min manatlıq vəsaitini mənimsəməkdə təqsirləndirilən sabiq baş mühasibə cəza istənilib

"Azərbaycan ilə Ermənistan arasında sülh dövrü başlayıb"

İlham Əliyev: Azərbaycan Ermənistana yüklərin tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırıb

Gömrük rüsumundan sonra İsveçrənin saat ixracı azalıb
